"Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki..."

18:26 06-07-2020 | icon 1326 | Sağlamlıq
"Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki..."

Rəşad Mahmudov: "Əmanətiniz əmanətimizdir, doğma səhiyyə işciləri"

 

"Koronavirus daha bir səhiyyəçinin canını aldı. Deputatı olduğum Astara rayonunun Mərkəzi Xəstəxanasında əvvəllər həkim - cərrah kimi çalışmış Kamil Əliyev əfsuslar olsun ki, eyni xəstəxanada koronavirusla mübarizədə həyatını itirdi!"

 

Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında koronovirusdan ölən həkimlə balı paylaşımında ürək-damar cərrahı, Tibb üzrə elmlər doktoru, millət vəkili, Mərkəzi Gömrük Hospitalı "Elmi Təcrübi və Tədris Mərkəzi"nin rəisi, AHHA İdarə Heyətinin sədri Rəşad mahmudov yazıb:

 

R.Mahmudov təəssüf hissi ilə qed edib ki, xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalı bu mübarizədə həyatlarını itirdilər:

 

"Unutmayaq ki, bu qəhraman səhiyyəçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur.

Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm...

Bir daha koronovirusdan həyatını itirmiş bütün insanlara Allahdan rəhmət diləyirəm.

 

"Biz birlikdə güclüyük" və həmişədə güclü olacayıq!

Tanrı xalqımızı, dövlətimizi və Prezidentimizi QORUSUN!"

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI