"Ermənistanda Rusiya və Qərb qarşı-qarşıya gələcək və..."

15:27 20-09-2024 | icon 26 | Siyasət
"Ermənistanda Rusiya və Qərb qarşı-qarşıya gələcək və..."

Azər Badamov: ”Bu, Qərb, Avropa, Rusiyanın Cənubi Qadqaz oyunlarının tərkib hissəsidir”

 

Region beynəlxalq müstəvidə nüfuza sahib olan bir sıra dövlərlərin, təşkilatların hegemonluq ehtirasları, təzyiq və təhdidləri ilə çalxalanır. MAraqlı güclərin öz iddialarını yeritmək arzusu bölgədə gözlənilən sülhü və bütün dünyanın rifahına xidmət edəcək Zəngəzur dəhlizinin açılmasında bir əngələ çevriliib. Böyük güclər bölgədə “rəhbərlik” iddialarını maşaları Ermənistan üzərindən asanlıqla həyata keçirə bilirlər. Nə qədər təzadlı görünsə də xisləti işğal, terror, revanşizm idiologiyasından yoğrulan Ermənistan Fransa, Amerika, Rusiya tərəfindən qidalandırılır. Cənubi Qafqaz məsələsində əkslərin bir araya gəlməsi yaxşı perspektivdən xəbər vermir və həmin qüvvələrə qarşı etimadsızlığı artırır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə danışan YAP idarə heyətinin üzvü Azər Badamov mühüm nüanslara toxunub.

 

- Bu gün region Ermənistanın sülh müqaviləsindən yayındırılması, Zəngəzur dəhlizi ilə bağlı sərgilənən ziddiyyətli münasibətlər fonunda nəyə şahidlik edir: Qərb, Avropa, Rusiya Ermənistanın sülhə gətirilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı hansı addımlarını atır?

 

- Zəngəzur dəhlizi dünyada yaranmış yeni iqtisadi əməkdaşlıq formatının tərkib hissəsinə çevrilməkdədir. Bu gün Avropa ilə Asiya arasındakı mövcud ənənəvi kommunikasiyalarda, nəqliyyat dəhlizlərində Rusiya-Ukaryna müharibəsi ilə əlaqədar məhdudiyyətlər yaranmışdır. Bu baxımdan Avropa ilə Asiya arasında iqtisadi əməkdaşlığını təhlükəsizliyin davam etdirilməsi üçün Orta dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması vacib elementlərdən birinə çevrilmişdir. Ona görə də deyə bilərik ki, bu dəhliz təkcə Azərbaycan üçün deyil, həm də müxtəlif qitələrdə yerləşən ölkələr üçün də çox vacib məsələyə çevrilmişdir. Həm də qeyd etməliyəm ki, Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal və Şərq -Qərb nəqliyyat dəhlizləri ölkəmizin üzərindən beynəlxalq daşımaların həyata keçirilməsinin təhlükəsiz və rentabelli olduğunu sübut etmişdir. Bütün bu məsələləri nəzərə alaraq Zəngəzur dəhlizinin açılmasına beynəlxalq güclərin maraqının artdığını xüsusilə vurgulamaq olar. Zəngəzur dəhlizinin açılması həm də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində öz əksini tapmışdır. Bu bənddə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında manesiz keçidin yaradılması və bu keçidə Rusiya FTX sərhəd xidmətinin nəzarət edilməsi nəzərdə tutulmuşdur. Ona görə də Rusiya Zəngəzur dəhlizində nəzarətini keçirmək və Türkiyəyə və sonra da Avropaya tranzit yüklərin daşınamsı üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. O cümlədən qərb bu marşurta nəzarətini öz əlinə almağına çalışır. Beləliklə deyə biilərik ki, Zəngəzur dəhlizinin açılması zamanın məsələsidir. Amma bu dəhliz üzərində nəzarət mexanizminin formalaşdırılması üzərində ciddi rəqabətin getdiyini də vurğulamaq lazımdır. Hətta ABŞ hərbiçiləri və hərbi texnikalrının Zəngəzurda yerləşdirilməsinin məqsədlərindən biri də Zəngəzur dəhlizi üzərində nəzarəti ələ almaq planlarının tərkibidir.

Ermənistan isə Zəngəzur dəhlizi ilə bağlı məsələ müzakirə olunanda nala-mıxa vurur və konkret mövqeni sərgiləməkdən qorxur. Belə ki, gah manesiz keçidin yaradılmasına razı olduğunu, gah da Ermənistanın suverənliyi çərçivəsində yol anlamı ilə nəqliyyat kommunikasiyaların açılamasını istədiyini bildirir. Həm də üçüncü tərəfin Zəngəzur dəhlizinə nəzarət edilməsinə də razı olmadığını səsləndirlir. Ümumi nəticə olaraq qeyd edə bilərik ki, Zəngəzur dəhlizi açılacaq və inanıram ki, bu dəhlizin fəaliyyətini 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9- cu bəndinə uyğun təşki olunacaqdır.

 

- Ermənistan-Rusiya siyasi münasibətlərində “ciddi soyuqlaşma”, İrəvanın qərbyönlü kursu fonunda Rusiya-Ermənistan arasında ticarət dövriyyəsinin artımı, silah təhcizatı ilə bağlı Rusiyanın Ermənistanla genişlənən əlaqələri əslində Qərb-Rusiya-Ermənistan arasında hansı oyunların qurulduğu, hansı münasibətlərdən və məqsədlərdən xəbər verir?

 

- Ermənistan-Rusiya münasibətlərində ciddi soyuqlaşma görünsə də əməldə onlar bir-birinə çox yaxındırlar. Belə ki, son vaxtlar Alen Simonyanla Mariya Zaxarova arasındakı söz güləşmələri Ermənistanla Rusiya arsında düşmənçiliyin artdığının görüntüsü yaradılsa da bu bir siyasi tamaş olduğunu iki ölkə arasında artan ticarət dövrüyyəsində müşahidə etmək mükündür. Belə ki, 2020-ci ildə iki ölkə arsında ticarət dövrüyyəsi 2,3 milyard dollar, 2021-ci ildə isə 2,6 milyard olduğu halda qərbin Rusiyaya sanksiyalar tətbiq edilməsindən sonra bu ticarət dövrüyyəsi həndəsi silsilə ilə artmaqda davam etməkdədir. Belə ki, 2022-ci ildən Qərb Rusiyaya sanksiyaların tətbiqi ilə paralel olaraq Ermənistala Rusiya arasındakı ticarət dövrüyyəsi 5 milyard dolları keçmişdir. 2023-cü ildə isə bu rəqəm 7,3 milyard dollara çatmış və 2024-cü ilin 6 ayında isə bu rəqəm 8,6 milyard dollar olmuşdur. Ermənistanla Rusiya arasında yayardılmış hökumətlərarası iqtisadi əməkdaşlıq komisiyasının iclasında Rusiyanın baş nazirinin birinci müavini Aleksey Overçuk 2024-cü ilin sonuna qədər Ermənistanla Rusiya arasındakı ticarət dövrüyyəsi 14-16 milyard dollara çatacağının gözlənildiyini qeyd etmişdir. Burda nə baş verir? Ermənistanın iqtisadiyyatı birdən-birə bu qədər böyüdümü? Xeyir bu ticarət dövrüyyənin sürətlə artmasına səbəb Ermənistanın Rusyanı sanksiyalardan yayındırması dayanır. Belə ki, Ermənistan şirkətləri Ruisyanın idxal ixracını həyata keçirir və böyük pullar qazanır. Qazandığı pullarla da ölkəni silhalandırır. Rusiyanın özü də müharibə vəziyyətində olmasına baxmayaraq Ermənistana Smerş raketləri və digər silahları tədarükünə davam etməkdədir. Halbuki Azərbaycanla Rusiya arasında 2022-ci ildə müttəfiqlik haqqında saziş imzlanasa belə Ukrayana müharibəsi bəhanəsi ilə ölkəmizə bir patron belə satmamışdır. Bütün bunlar onu göstərir ki, Erməniustanla Rusiya arsında yaşanan qarşılıqlı ittihamlar və fikir ayrılıqları beynəlxalq ictimaiyyətin fikrini iki ölkə arasında günü -gündən böyüyüən iqtisadi əməkdaşlıqdan yayındırmaq məqsədi daşıdığını hesab edirəm.

 

- Göründüyü kimi, Rusiya Ermənistana pul qazanmaq imkanı verir, lakin guya Rusiya ilə mübarizədə olan Qərb buna göz yumur. Bu iki qütbün arasında regionla bağlı hansı razılaşma var?



- Ruisya ancaq Ermənistana pul qazanmaq imkanını vermir. Həm də öz idxal-ixrac əməliiyatlarının bir hissəsini də Ermənistan vasitəsilə həyata keçirir. Belə ki, cari ildə Rusiya Ermənistan şirkətləri vasitəsilə BƏƏ və Honkonqa 1,8 milyard dollarlıq qızıl və 600 milyon dollarlıq briliant daşları satmışdır. Bu baxımdan Ermənistan həm də Rusiyaya pul qazandırır. Amma Qərb bütün bu prosesi görsə də belə səsini çıxartmır və Ermənistana gözündə tükün olduğunu dilə gətirmir. Belə ki, Qərblə Rusiya arasında düşmənçilik günü-gündən böyüsə də Ermənistanla bağlı məsələ ortaya gələndə onların mövqeləri üst-üstə düşür. Bu da Qərbin riyakar mövqeyindən irəli gəlir.

 

- Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Aİİ üzvü olaraq qalırsa və onun ərazisində Rusiya hərbçiləri və sərhədçiləri yerləşməkdə davam edirsə bu nəyə xidmət edir?

 

- Ermənistanın KTMT tədbirlərində iştirak etməməsi və qərbyönümlü siyasi kurusuna davam etdirdiyinin görüntüsünün yaradılması sadəcə bir siyasi teatrdır. Ermənistan bu siyasi teatrı qərbdən maliyyə dilənmək və hərbi dəstək almaq üçün edir. Reallıqda isə Ermənistan Rusiyadan ayrıla bilməz. Ona görə də Rusiya hərbi bazasını və FTX sərhəd xidmətini ölkəsindən çıxarıması ilə bağlı heç bir söz işlədilmir. Ermənistan Aİİ-də üzvü olmaqla Rusiyanı sanksiyalardan yayındırır və böyük pullar qazanır. Bu baxımdan Ermənistan həm qərbdən, həm də Rusiyadan pul qazanmaqla öz iqtisadi potensialını formalaşdırır. Bu da hesab edirəm ki, uzun çəkən bir proses olmayacaqdır. Zaman gələcəkdir ki, Ermənistanda Rusiya və Qərb qarşı-qarşıya gələcək və ermənilər ayaq altında qalacaqdır.

 

- COP 29 konfransı ərəfəsində Azərbaycana qarşı aqressiya, təzyiq elementlərinin artması nəyə xidmət edir?

 

- Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər ərəfəsində qərbin bizə qarşı apardıqları qarayaxma kampaniyalarına öyrəşmişik. Bunu Avropa İdman Oyunları, İslam Həmrəylik Oyunları, Avroviziya mahnı müsabiqəsi, Qoşulmama Hərəkatının tədbiləri və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyimiz zamanlarda görmüşük. İndi Frank Şvabenin, ABŞ konqresimnlərinin, Fransa hökumətinin, Niderlandın antiazərbayvcan açıqlamalarının kökündə də ölkəmizdə keçirləcək COP 29 tədbiri dayandığını bilirik. Onlar hər vasitə ilə Azərbaycanı nüfuzdan salmağa və COP-29-un ölkəmizdə keçirilməsinə maneə olmağına çalışırlar. Amma onların arzuları gözlərində qalacaq və ölkəmiz COP 29 tədbirini yüksək səviyyədə keçirməklə yeni bir tarix yazacaqdır. Azərbaycan beynəlxalq hüquqa hörmətılə yanaşan etibarlı tərəfdaş imicini formalaşdırmışdır. Düşmənlərimiz isə ədalətli imicimizə heç vaxt xələl gətirə bilməyəcəklər. Çünki biz düz yoldayıq. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

Sumqayıtda məktəbi bit-birə basıb?

Qatarların hərəkət qrafiki DƏYİŞƏCƏK

“Bu, Ermənistanın sülhün əldə edilməsini istəmədiyini göstərir”

Bu xəstəliklər təmas yolu ilə ötürülür

İşsizlərin NƏZƏRİNƏ

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

Üzə əncir çəkin, görün nə olacaq

İlk dərs günündə BIÇAQLANMA