İLK DƏFƏ: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

10:08 20-09-2024 | icon 24 | Siyasət
İLK DƏFƏ: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda ilk dəfə olaraq sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib

 

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

 

26 avqust - Laçın Şəhəri Günü;

4 oktyabr - Cəbrayıl Şəhəri Günü;

17 oktyabr - Füzuli Şəhəri Günü;

20 oktyabr - Zəngilan Şəhəri Günü;

25 oktyabr - Qubadlı Şəhəri Günü;

8 noyabr - Şuşa Şəhəri Günü;

20 noyabr - Ağdam Şəhəri Günü;

25 noyabr - Kəlbəcər Şəhəri Günü.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?

Qatarların hərəkət qrafiki DƏYİŞƏCƏK

“Bu, Ermənistanın sülhün əldə edilməsini istəmədiyini göstərir”

Bu xəstəliklər təmas yolu ilə ötürülür

İşsizlərin NƏZƏRİNƏ

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

Rusiya XİN-ə NOTA VERİLDİ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Üzə əncir çəkin, görün nə olacaq