Ümumdünya Şahmat Olimpiadasında...

10:50 20-09-2024 | icon 23 | İdman
Ümumdünya Şahmat Olimpiadasında...

Azərbaycan milliləri Yunanıstan və İsveçrə ilə üz-üzə...

 

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

 

Versus.Az xəbər verir ki, kişilərdən ibarət kollektiv IX turda Yunanıstanla üz-üzə gələcək.

 

Komanda hazırda 11 xalla 20-ci pillədə qərarlaşıb. Hindistan 16 xalla liderdir. Özbəkistan və Macarıstanın hərəyə 14 xalı var.

 

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub, İtaliya ilə (2:2) isə heç-heçəyə razılaşıb.

 

Qadınlardan ibarət kollektiv IX turda İsveçrənin müqavimətini qırmağa çalışacaq. 11 xal toplayan milli 20-ci sıradadır. Hindistan, Polşa və Qazaxıstan 14 xala malikdirlər.

 

Yığma Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna və İtaliya ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?

Qatarların hərəkət qrafiki DƏYİŞƏCƏK

“Bu, Ermənistanın sülhün əldə edilməsini istəmədiyini göstərir”

Bu xəstəliklər təmas yolu ilə ötürülür

İşsizlərin NƏZƏRİNƏ

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

Rusiya XİN-ə NOTA VERİLDİ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Üzə əncir çəkin, görün nə olacaq