Nə Cumhuriyyət dövründə, nə də sovet dövründə...

20:15 20-09-2024 | icon 32 | Siyasət
Nə Cumhuriyyət dövründə, nə də sovet dövründə...

Əhəd Məmmədli: "O dövrlərdə Qarabağ tam olaraq Azərbaycanın nəzarətində deyildi"

 

"19 sentyabr "Suverenliyin bərpa günü" Azərbaycan üçün çox əhəmiyyətə malik bir gündür. 1988-ci ildən başlayaraq pozulan , 2020-ci ildə tam bərpa edildi".

 

Versus.Az xəbər verir ki, bunu politoloq Əhəd Məmmədli 19 sentyabr antiterror əməliyyatının 1 ili və Prezidentin sərəncamı ilə həmin tarixin "Suverenliyin bərpa günü" elan edilməsi sərəncamı ilə bağlı açıqlamasında bildirib.

 

Ə.Məmmədli qeyd edib ki, hələ 1988-ci ildə sovetlər biriyi var idi:

 

"O zaman Xankəndidə yaşayan azərbaycanlı əhali erməni terroru nəticəsində öz evindən qovuldu, əhali əvvəl Şuşaya məskunlaşdı. Lakin erməni işğalının coğrafiyası genişləndikcə .Qarabağ ətraf kəndlər boşaldı. Lakin bu işğal prosesinə 2020-ci ildə son qoyuldu. 2023-cü ildə Azərbaycan tam olaraq öz ərazi bütövlüyünə qovuşdu".

 

Ə.Məmmədli bu hadisənin tarixi əhəmiyyətinin genşliyinə daha uzağa gedən tarixi aspektdən də yanaşdı:

 

"Son 200 il ərzində Türkiyə və İrandan Qarabağa köçürülən ermənilər terror aktlarını davam etdiklərinə görə, nəhayət antiterror əməliyyatları ilə öz cavabını aldı. Qarabağda erməni separatçıları yoxdur. Azərbaycan respublika tarixinə baxanda məhz 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycan Qarabağı-bütövlükdə ərazilərini tam nəzarətə götürdü. Nə Cumhuriyyət dövründə, nə də sovet dövründə Qarabağ tam olaraq Azərbaycanın nəzarətində deyildi. Amma ötən ilin 19 sentyabr əməliyyatından sonra tam olaraq bu ərazilərə nəzarəti öz əlimizə aldıq. Həmin tarixə bütün bu aspektlərdən baxanda təbii ki, tarixi gündür və unudulmamalıdır".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

İşsizlərin NƏZƏRİNƏ

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

Üzə əncir çəkin, görün nə olacaq

İlk dərs günündə BIÇAQLANMA

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI