"Suverenliyini bərpa etmiş ölkə olaraq daha da güclənməkdəyik”

18:54 20-09-2024 | icon 34 | Siyasət
"Suverenliyini bərpa etmiş ölkə olaraq daha da güclənməkdəyik”

Arzuxan Əlizadə: “Erməni terrorunun qarşısı alınmalıydı və qətiyyətlə alındı”

 


“Ötən il sentyabr ayının 19-da antiterror əməliyyatının keçirilməsi ilə bağlı qərar verildi və cəmi 23 saat 43 dəqiqə ərzində 10 mindən artıq erməni silahlısını özündə birləşdirən erməni quldurları ağ bayraq qaldırmağa məcbur edildi. Bir gün çəkən əməliyyat nəticəsində Azərbaycan faktiki olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin bu gün imzaladığı sərəncamla 27 sentyabr tarixi “Suverenliyin bərpa günü” kimi qeyd ediləcək”.

 

Versus.Az xəbər verir ki, bunu AMİP sədri Arzuxan Əlizadə 1 ili tamam olan 19 sentyabr antiterror tədbiri və 27 sentyabrın “Suverenliyin bərpa günü” sərəncamı ilə bağlı açıqlamasında bildirib.

 

Partiya sədri antiterror əməliyyatını şərtləndirən bir neçə amillərə diqqət çəkib:

“Azərbaycan 27 sentyabr 2020-ci ildə əks hücumla çox böyük qələbə əldə etmişdi. 44 günlük savaşdan sonra 2020 ci ilin noyabrında erməni tərəfi kapitulyasiya etmiş, eyni zamanda kapitulyasiya haqqında bəyannaməni imzalamaqla öz üzərinə bir sıra öhtəliklər götürmüşdü. Bu öhtəliklərdən birincisi ondan ibarət idi ki, Azərbaycan ərazisində olan erməni silahlıları tərksilah edilib ərazilərimizi tərk etməli idilər. Bununla da Azərbaycan ərazsində təhdid yaradan qüvvələrin mövcuduğuna son qoyulmalı idi. Amma ermənlər nəinki həmi silahlı qüvvələri ərazilərimizdən çıxartdılar, əksinə ərazilərimizə yeni silahlı dəstələrin daxil olması faktları ilə qarşılaşdıq. Silahar daşındı, Ermənistanda istehsal olunan minalar basdırıldı. Bununla da Azərbaycanda həm dinc əhaliyə, həm də hərbçilərimizə qarşı bir sıra terror aktları həyata keçirildi. Erməni terorunun qarşısı alınmalıydı və qətiyyətlə alındı”.

 

A.Əlizadə 19 sentyabra qədər bir neçə lokal xarakterli əməliyytlar keçirildiyini xatırlatdı. O, “Qisas”, “Fərrux” əməliyyatlarını qeyd edərək, həmin tədbirlər zamanı Şəhidlər verməyimizə baxmayaraq ermənilərə ciddi zərbələr vurulduğunu qeyd edib:

 

“Ermənistana edilən xəbərdarlıqlara baxmayaraq özünün çirkin xislətindən əl çəkmədi. Bir daha terrorra əl atmasınlar deyə nəhayət antiterror əməliyyatı keçirməyə qərar verilmişdi. Nəhayət, 1991-ci ildə müstəqilliyimizi əldə edəndən sonra ilk dəfə idi ki, tam müstəqulliyimizi, ərazi bütövlüyümüzü bərqərar etdik. Antiterror əməliyyatları ilə Azərbaycanın bütün ərazilərinə nəzarəti öz üzərimizə götürmüş oldu.
Biz həmin əraziləri erməni terorundan təmizləməklə bu ərazilərdə bərpa qururcuuq işlərinə başladıq. 1 il ərzində Xocalı, Xankəndi, Xocavənddə bərpa quruculuq işləri aparıldı və bundan sonra da davam etdiriləcək. Biz bununla da dünyaya göstərdik ki, dağıdıcı, deyil, qurucu tərəfik. Bu günləri bizə yaşadan Ali Baş Komandan başda olmaqla Azərbaycan ordusuna Allah güc, qüvvət versin. Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində ərazilərimizi bərpa etdik. Azərbaycan bu gün suverenliyini bərpa etmiş ölkə olaraq daha da güclənməkdədir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

Sumqayıtda məktəbi bit-birə basıb?

Bu xəstəliklər təmas yolu ilə ötürülür

İşsizlərin NƏZƏRİNƏ

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

Üzə əncir çəkin, görün nə olacaq

İlk dərs günündə BIÇAQLANMA

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi