Paşinyanın həyasız açıqlamaları və Arutyunyanın yekəbaşlığı

12:37 18-08-2020 | icon 618 | Geopolitika
Paşinyanın həyasız açıqlamaları və Arutyunyanın yekəbaşlığı

Əlisahib Hüseynov: "Onların Gəncəylə bağlı təhdidinə səssiz qalsaq, azğınlıqlarının miqyası bir qədər də artacaq"

 

"Ermənistanın baş naziri Nikol Paşinyanın və Müdafiə naziri David Tonoyanın Azərbaycanı zaman-zaman hədələmələri, “yeni ərazilər üçün yeni müharibə” şüarı ilə ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirmələri az imiş kimi, indi də Dağlıq Qarabağda yuva salmış separatçı-terrorçu rejimin “başçı”sı Araik Arutunyan Gəncəni vurmaqla hədələyir. Bu, təkcə Azərbaycana deyil, eyni zamanda dünya birliyinə, BMT-yə və ATƏT-in Minsk qrupuna meydan oxumaq deməkdir".

 

Versus.az xəbər verir ki, bunu Araik Arutunyanın Gəncəni vurmaq hədəsiylə bağlı açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

 

Patiya sədri vurğulayıb ki, deməli, erməni terrorizmi artıq azğınlıq mərhələsinə daxil olur. Onun sözlərinə görə, Tovuz təxribatını törətdikdən sonra cəzasız qaldıqlarını görən və Minsk qrupunun həmsədrləri tərəfindən heç bir qınağa, təzyiqə məruz qalmayan ermənilər bir qədər də şirnikləniblər:

 

"Paşinyanın “HARDtalk”dakı həyasız açıqlamalarından və A.Arutyunyanın bu cür yekəbaşlığından sonra işğalçı Ermənistanla sülh danışıqlarını davam etdirməyimiz artıq tamamilə öz aktuallığını itirir. Beynəlxalq birlik və vasitəçilər rəsmi İrəvanı sülhə və kompromisslərə məcbur etmək istəmirlərsə, bizim antiterror əməliyyatlarına hazırlaşmaqdan başqa bir yolumuz qalır. Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və o cümlədən, Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin vuracaqları barədə bəyanatlarına, eləcə də Qarabağdakı qondarma rejimin “başçı”sının Gəncə şəhərinə hərbi zərbə endirmək təhdidinə səssiz qalsaq, onların azğınlığının miqyası bir qədər də artacaq. Odur ki, biz indiki məqamda sülh diplomatiyasına yox, hücum diplomatiyasına üstünlük verməliyik. Bütün beynəlxalq platformalardan istifadə edib Ermənistanın avantürist, təhrikçi rəhbərliyinə maksimum təzyiq göstərməliyik".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ