“Çin Avropanın siyasi loyallığına ümidlidir”

11:10 01-09-2020 | icon 432 | Geopolitika
“Çin Avropanın siyasi loyallığına ümidlidir”

Elxan Şahinoğlu: “Çin Avropadakı investisiyalarını genişləndirməyə çalışır”

 

ABŞ-ın və Avropanın beyin mərkəzlərinin son illər ən çox tədqiq etdiyi ölkə Çindir. Amerikalı rəsmilər və beyin mərkəzlərinin rəhbərləri ölkələri üçün iki dövlətin siyasətini təhlükəli sayırlar: Rusiya və Çin. Ancaq amerikalı rəsmilərə və ekspertlərə “bu ikisindən hansı daha çox Amerika üçün təhlükəlidir” sualını verdikdə onlar birmənalı şəkildə “Çin Rusiyadan daha təhlükəlidir” cavabını verirlər.

 

Bunu Versus.Az-a şərhində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

 

Politoloq vurğulayıb ki, Amerikada keçmiş illərdə daha çox Rusiya cəsusu həbs olunardı. Son illər “liderlik” Çinə keçib:

 

“Amerika əks-kəşfiyyatının sonuncu həbs etdiyi Çin xəfiyyəsi Kaliforniya universitetində çalışan alim olub. Quan Ley adlı həmin xəfiyyə Amerikanın elmi kəşflərini Çinə ötürürdü.

Amerikadan fərqli olaraq Avropa ölkələri Çin təhlükəsi barədə nisbətən ehtiyatlı danışırlar. Çünki Avropa İttifaqı ölkələrinin Çinlə sıx iqtisadi və ticarət əlaqələri var. Brüssel Vaşinqtondan fərqli olaraq bu əlaqələrdən imtina etməyə hazırlaşmır.

Buna baxmayaraq, Avropanın beyin mərkəzləri, o cümləsən siyasi ekspertləri eyni ilə amerikalı həmkarları kimi Çinin siyasətinin köhnə qitə üçün də təhlükəli olduğunu vurğulayırlar. Məsələn, 2020-ci ilin fevralında Berlində müxtəlif ölkələrdən gələn alimlər Çinə həsr olunan simpoziumda bu ölkənin siyasətini, imkanlarını və təhdidlərini müzakirə ediblər. Simpoziumun yekunu olaraq Çin Kommunist Partiyası “iddialı, tələbkar, müqavimətçi, qarşıdurmaya meylli və cəzalandırıcı” təşkilat kimi qiymətləndirilib.

 

Simpozium iştirakçıları ayrıca, “Əjdəha ilə mübarizə: Çin transatlantik çağırış kimi” adlı hesabatla da tanış olublar. Simpoziumun işi koronavirus böhranının Çinin xaricində yayılmağa başladığı günlərə təsadüf edib. Əgər koronavirusa qədər də Avropa-Çin və ABŞ-Çin münasibətlərində qeyri-müəyyənlik var idisə, bu qeyri-müəyyənliklər hazırda bir sıra istiqamətlərdə daha da kəskinləşib”.

 

E.Şahinoğlu bildirib ki, avropalı mütəxəssislər Çinin xarici siyasətinin getdikcə aqressivləşdiyini qeyd ediblər. Ancaq avropalılar son illər ABŞ-ın da xarici siyasətindən narazıdırlar:

 

“Avropa Amerika ilə Çin arasında seçim etməsə də, hər iki istiqamətdən müxtəlif təzyiqlərlə üz-üzədir. Avropalı alimlər hesab edirlər ki, Brüssel Amerika və Çin kimi iki antoqonist dövlət arasında orta yol tapmağa çalışmalıdır.

Buna baxmayaraq, Brüssel hələ ki. nə Amerikanın, nə də Çinin siyasətini proqnozlaşdıra bilir. Avropanın ümidi onadır ki, Amerikada Donald Tramp ikinci dəfə prezident seçilməyəcək. Brüsselin Amerikada prezidentin dəyişəcəyinə və bununla Vaşinqtonun avroatlantik siyasətinin dəyişəcəyinə ümidi varsa, Pekinin siyasətinin dəyişəcəyinə ümid yoxdur. Çünki, birpartiyalı kommunist sistemə malk Çində liderlər zaman-zaman dəyişsə də, Pekinin ümumi strategiyası dəyişmir. Brüssel Çində insan haqlarının pozulması hallarına seyrçi qala bilməz. Əgər amerikalılar Çini “strateji rəqib” adlandırırlarsa, avropalılar Çini “sistem rəqibi” adlandırırlar.

 

Bu arada, Çin Avropadakı investisiyalarını genişləndirməyə çalışır. Çin informasiya texnologiyaları sahəsində yeni innovativ layihələrini Avropaya inikas etdirmək istəyir. Avropanın kasıb dövlətləri Çin investisiyalarına maraq göstərirlər. Bu amil Avropanın iki aparıcı dövləti – Fransa və Almaniyanı ciddi narahat edir. Çünki, Çin iqtisadi yatırımlar vasitəsilə Avropanın siyasi loyallığını əldə etməyə çalışır. Ancaq nə qədər ki, Çində insan hüquqları ilə bağlı ciddi problemlər var, Honkonqa qarşı təzyiq artır və Çinin qonşu ölkələrə təhdidləri davam edir, Avropanın Çinlə siyasi müstəvidə anlaşacağı problematikdir”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?