"Azərbaycan və Türkiyə arasında sarsılmaz birlik bir daha təsdiq olundu" - Ekspert

17:37 03-09-2020 | icon 516 | Geopolitika
"Azərbaycan və Türkiyə arasında sarsılmaz birlik bir daha təsdiq olundu" - Ekspert

Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxundu, vacib fikirlər səsləndirdi.

 

Versus.az bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

 

R.Qonaqov bildirib ki, Prezident İlham Əliyev hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməldaşlığın geniş spekrlı olduğunu və fəal siyasi dialoq olduğunu diqqətə çatdırdı:

 

"Yunanıstan səfiri ilə olduqca açıq danışan cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi. Ölkə rəhbəri bu görüşdə bildirdiki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır. Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanlndadır".

R.Qonaqovun fikrincə, bu bir daha onu nümayiş etdirir ki, ölkə rəhbərimiz ölkəmizin milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir.

O əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ