“Gözəllik kraliçasının” tacı bu il heç kimə qismət olmayıb
Taylandın Sonqhla şəhərində gözəllik müsabiqəsinin iştirakçıları finalda dava salaraq qaliblər üçün nəzərdə tutulmuş pulları götürüblər.
Bu barədə “Newsflare” xəbər yayıb.
Davanı 24 saylı Ornapan Na Çianq Mey başladıb. O iddia edib ki, bütün suallara ideal cavab verib və finala çıxmalıdır. Jüri onu və digər dörd iştirakçını müsabiqədən çıxardıqda isə yarımfinalın nəticələrindən narazı qalan digər iştirakçılar da onlara qoşulublar.
Bununla da final əvvəlcə bir saat müddətinə təxirə salınıb, sonra isə ümumiyyətlə ləğv olunub.
200 min bat (10 818 AZN) təşkil edən mükafat fondu uduzanlar da daxil olmaqla 10 yarımfinalçı arasında bölünüb.
“Gözəllik kraliçasının” tacı isə bu il heç kimə qismət olmayıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"