AzTV-də Nərgiz Cəlilovaya yeni vəzifə verildi

11:51 25-09-2020 | icon 379 | KİV
AzTV-də Nərgiz Cəlilovaya yeni vəzifə verildi

Azərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.

 

Versus.az xəbər verir ki, AzTV-nin Sosial Media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, peşəkar teleaparıcı TV-də Aparıcılar qrupunun bədii rəhbəri vəzifəssinə təyin olunub.

Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışırdı. O, həm də bu vəzifəsində qalacaq.

Nərgiz Cəlilova yeni təyinatı ilə bağlı danışarkən deyib ki, Akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir: “Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər”.

N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm “Mədəniyyət” kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq: “Çalışacağam ki, aparıcılarımızla daim təmasda olum, təcrübəmdən irəli gələrək bildiklərimi onlara çatdırım”.

Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR

Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək