Gürcüstan XİN Minsk Qrupuna çağırış etdi
Gürcüstan Azərbaycan və Ermənistan arasında itkilərlə nəticələnən növbəti hərbi toqquşmalardan narahatdır.
Versus.Az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Gürcüstan tərəflər arasında atəşkəs haqqında razılığın əldə olunacağına ümid edir:
“Tərəflərin danışıqlara qayıdacağı və bütün regionda təhlükəsizliyə təhdid olacaq genişmiqyaslı hərbi əməliyyatlardan çəkinəcəklərinə ümidvarıq”.
XİN ATƏT-in Minsk Qrupu və beynəlxalq təşkilatları eskalasiyanı dayandırmaq və konstruktiv dialoqa nail olmaq üçün bütün səyləri səfərbər etməyə çağırıb:
“Gürcüstan bölgədə deeskalasiya və sülhü təşviq etməyə hazırdır”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"