“Hüquqları pozulan jurnalistlər məhkəməyə müraciət etməlidirlər”

17:39 03-11-2020 | icon 481 | KİV
“Hüquqları pozulan jurnalistlər məhkəməyə müraciət etməlidirlər”

Elçin Mirzəbəyli: “Bu, Avropanın aparıcı dövlətlərinin insan hüquq və azadlıqlarına gerçək münasibətin göstəricisidir”

 

Ermənistan Azərbaycana qarşı işğalçı, məkirli siyasətini təkcə Azərbaycan sərhədləri daxilində deyil, həm də dünyada kök salan erməni lobbisi və diasporlarının haqsız informasiya müharibəsi ilə də davam edir. Erməni lobbisi Azərbaycan-Ermənistan müharibəsi haqqında həqiqətləri verən, obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən siyasətçiləri, ictimai fəalları, jurnalistləri hədəfə götürüb. Gəncədə sivil insanların raket hücumuna məruz qalması ilə bağlı reportaj hazırlayan Fransanın TF1 kanalının jurnalistinə edilən hücumlar, eləcə də New York Times və digərlərinə qarşı keçirilən erməni etiraz aksiyaları buna sübutdur. Erməni lobbisinin, diasporasının bütün dünyada müstəqil medianı susdurmaq cəhdləri nəyə yönəlikdir və beynəlxalq hüquqla hansı addımlar atılmalıdır?

 

Versus.Az xəbər verir ki, politoloq Elçin Mirzəbəyli bildirib ki, erməni diaspora və lobbisinin həqiqəti boğan çıxışları yeni deyil. Onun fikrincə, belə təzyiqlərə qarşı ilk növbədə həmin ölkələrin qanunları və jurnalistlərin işlədiyi şirkətlərin reaksiya verməsi lazımdır, mühüm amildir.

 

E.Mirzəbəyli hesab edir ki, bu hal təkcə beynəlxalq hüquq normalarında deyil, eyni zamanda bütün dövlətlərin konstitusiyalarında söz və fikir azadlıqlarının qorunması kimi qəbul edilir:

 

“Avropanın aparıcı dövlətlərinin öz vətəndaşları olan jurnalistlərə edilən təzyiqlərə qarşı reaksiya göstərməməsi, insan hüquq və azadlıqlarına gerçək münasibətlərinin göstəricisidir. Bu sübuta yetirir ki, öz vətəndaşının hüquqlarını müdafiə etməyən hökumətlər heç bir halda beynəlxalq hüquq prinsiplərinin digər ölkələrdə yerinə yetirilməsi ilə bağlı iddia ilə çıxış edə bilməzlər”.

 

E.Mirzəbəyli bildirib ki, Azərbaycanda belə məqamlara qarşı əks reaksiyalar verilir. Belə ki, Azərbaycan jurnalist təşkilatları, eyni zamanda Mətbuat Şurası bununla bağlı ayrı-ayrı beynəlxalq təşkilatlara, beynəlxalq müdia institutlarına müxtəlif  məlumatlar, müraciətlər göndərir və mümkün qədər bu prosesi aktiv şəkildə gündəmdə saxlamağa çalışırlar. Amma bu müraciətlərə hansı formada reaksiyanın veriləcəyi və nəticənin nədən ibarət olacağını söyləmək çox çətindir.

 

Politoloq qeyd edib ki, bu prosesdə eyni zamanda Türkiyə mediasının, jurnalsit təşkilatlarının da fəal şəkildə iştirak etməyə və faktlarla bağlı beynəlxalq jurnalist təşkilatlarının, insan hüquqları müdafiə təşkilatlarını reaksiya verməyə çağırıblar:

 

“Təbii ki, həqiqəti söyləyən jurnalistə edilən etirazlar, söz və mətbuat azadlığı kimi fundamental azadlıqların pozulmasına zəmin yaradır. Son nəticədə reaksiya verən tərəf həmin təşkilatlar və hüquq və azdlıqarın pozulduğu ölkələrdir. Bu ölkələrin siyasi, məhkəmə hakimiyətləri məsələyə ciddi reaksiya verməlidirlər. Ən nəhayətdə isə hüquqları pozulan jurnalistlər məhkəməyə müraciət etməidirlər”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?