“Hər zaman müharibəyə hazır olmalıyıq” - Müsahibə

16:10 12-11-2020 | icon 684 | Siyasət
“Hər zaman müharibəyə hazır olmalıyıq” - Müsahibə

Zaur İbrahimli: “Qarabağ bizi birləşdirdi, 31 il sonra biz yenə yumruq kimi birik, bərabərik, həmrəyik”

 

Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa qalasını yağı düşməndən azad etməklə yeni bir tarixini, qələbə səlnaməsini yazdı. Bu qələbə hissinin ardınca, bu gün noyabrın 10-da Azərbaycan-Rusiya Ermənistanın Azərbaycan üzərində məğlubiyyətini təsdiq edən bəyanatın qəbul olunması qalibiyyətimizin akkordlarını vurdu. Ermənistana öz qoşununu Azərbaycan torpaqlarından çıxarmaq üçün 20 gün müddətində vaxt verildi. Azərbaycanımız möhtəşəm qələbə hissləri ilə qaynayır. Nəhayət, Azərbaycanın işğal altında olan bütün torpaqları azad olunacaq. Bu qələbə sevincini bizə yaşadan Azərbaycan Ordusu öz tarixini yazdı. Ermənistan hökumətinin bu siyasi-diplomatik razılaşmaya nə dərəcədə əməl edə biləcəyi isə mübahisəlidir.

 

Versus.Az xəbər verir ki, Konstitusiya Araşdırmaları Mərkəzinin eksperti, politoloq Zaur İbrahimli müsahibəsində bu və ya digər məsələlərlə bağlı müəyyən nüanslara diqqət çəkib.

 

- Zaur bəy, bu gün Ermənistanın öz məğlubiyyətini etiraf etməsini suverenlik, milli birliyimiz konrekstindən necə təhlil edərdiz?

 

- Ermənistanın məğlubiyyətinin etirafı Azərbaycanın üç əsrlik qələbəsi kimi qiymətləndirilməlidir. 1918-ci ildə Bakını türk qardaşlarımızla azad edib, dövlət qurduq, Şuşanı, işğal olunan 7 rayonumuzu  azad edib bu dövlətin, xalqın qürurunu qaytardıq. “Newsweek” jurnalının 25 dekabr 1989-cu il sayında üz qabığında Bakıdakı mitinqlərin şəkli verilmişdi və “People of the Year” (İlin xalqı) yazılmışdı. O zaman da Qarabağ bizi birləşdirdi, 31 il sonra biz yenə yumruq kimi birik, bərabərik, həmrəyik. 2020-ci ilə də Azərbaycan xalqı öz damğasını vurdu. Bir daha bütün dünya gördü ki, Azərbaycan xalqı Qarabağ mübarizəsində yumruq kimi birləşib. Bir birlik bərabərlik hərbi uğurlarımızın da sarsılmaz bünövrəsi oldu, Xalq-Ordu-Ali Baş Komandan birliyi bütün maneələri aşdı, üçrəngli Zəfər Bayrağımız Şuşada dalğalandı. Qarabağın ürəyini geri aldıq, hər birimizn ürəyindəki sınıq hissəni yerinə qoyduq. Azərbaycan İranla dövlət sərhəddini bərpa etdi, bütün qonşularımız və bütün dünya şahidi oldu ki, bu xalq, dövlət üçün suverenlik, ərazi bütövlüyü başlıca dəyərdir, elə milli ideyadır. Bütün dünya gördü ki, heç bir şərtlər altında Azərbaycan xalqı və insanı suverenliyin itirilməsi ilə barışmaycaqdır. Düşünürəm ki, əsas naliyyətlərimizdən biri də budur.

Prezident İlham Əliyevin Ermənistanın hərbi məğlubiyyəti  qəbul etməsiylə bağlı çıxışında bu barədə qeyd etdi, dedi ki, “Dünya bizi tanıyacaq”. Ali Baş Komandan milli birlik mesajlarını, çağırışlarını davam etdirdi, bir daha vurğuladı ki,  bu birliyin qorunması zəruridir. Ali baş Komandan kimi gücü xalqdan aldığını dəfələrlə bəyan etdi. Oppanentlərinə, siyasi rəqiblərə dövlətə sədaqət mesajı verdi, onların müsbət davranışını müsbət qiymətləndirdiyi mesajını verdi. Xəbərdarlıq da etdi: “dövlətə, dövlətçiliyə müxalifətçilik etmək olmaz”.  Azərbaycan xalqının sifarişi, istəyi də budur: Bir olaq, birlik olaq, güclü olaq! Bu mesajı hər kəs alıb, bilir və əməl etməyən ölkəmizdə duruş gətirə bilməz.

Ermənistanın hərbi məğlubiyyətini etiraf etməsi onların islah olunması anlamına gəlmir, ilk fürsətdəcə yenə arxadan zərbə vurmağa çalışacaqlar, təxribatlar müntəzəm olacaq. Bu məkrə, hiyləyə qarşı ən yaxşı sipər isə milli birlikdir. Xalq da özünün üç əsrlik qan yadaşına söykənərək hamımızdan bunu tələb edir.

 

- Erməni hiyləsini, məkirli siyasətini alt etmək üçün Azərbaycan qanunlarının bütün işğaldan azad olunan ərazilərimizdə işlək vəziyyətə gətirilməsi imkanı nə dərəcədə real olacaq?

 

- SSRİ-nin dağılmasından, Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri beynəlxalq sərhədlər olaraq tanındı və beynəlxalq hüququn mühafizəsi altına alındı. Bu anlayış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf ərazilərindəki münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində də öz əksini tapmışdır. Eyni zamanda, Avropa Birliyi, Avropa Parlamenti, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Ermənilərin və havadarlarının, diasporunun titanik səylərinə baxmayaraq, 29 ildə qondarma “Dağlıq Qarabağ Respublikasını” heç bir dövlət tanımadı. Sonuncu dəfə Avropa İttifaqı ilə paraflanmış sazişdə ölkəmizin ərazi bütövlüyü bəyan edilib. Bütün bunlar Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyini müdafiə etmək üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycan son illər beynəlxalq ictimai rəyi gerçəkləri qəbul etməyə inandıra bilib, erməni yalanları ifşa edilib. Azərbaycan öz ərazisində istənilən separatçı, konstitusion dövlət quruluşuna qarşı olan hərəkətlərə öz qanunvericiliyi çərçivəsində tədbirlər görmək suverenliyinə malikdir. Yəni Azərbaycan torpağında, o cümlədən Xankəndi, Xocavənd, Əsgəran, Xocalı, Hadrut  və digər şəhər, kənd və qəsəbələrdə yaşamaq istəyən ermənilərin heç bir xüsusi imtiyazı olmayacaq. Onlar Azərbaycan Respublikasının qanunlarına tabe olacaq, həm hüquqlara malik olacaq, həm də vəzifələr daşıyacaqlar. Bu, müsair beynəlxalq hüququn təməl daşı olan dövlətlərin suverenlik hüququndan doğur. Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcək, dövlət suverenliyinin bərpası, təmin edilməsi tədbirləri əsas insan hüquq və azadlıqlarının qorunması, hər kəs üçün qanunun aliliyinin təmin edilməsi prinsipləri əsasında həyata keçiriləcəkdir.

Təbii ki, ilk növbədə təhlükəsizlik məsələləri həllini tapmalıdır. Ərazilər minalardan təmizlənməlidir, daha sonra hüquq-mühafizə tədbirləri həyata keçirilməli və müvafiq hüquq-mühafizə orqanlarının fəaliyyəti tam həcmdə təmin edilməlidir, daha sonra mülki infrastruktur bərpa olunmalı, paralel olaraq hakimiyyət orqanları fəaliyyətə başlamalıdırlar. İstisna etmirəm ki, bir müddət bu ərazilərdə hərbi vəziyyət qala bilər. Lakin təhlükəsizlik tədbirləri ən qısa müddətə yekunlaşdıqdan sonra  mülki idarəemə tam həcmdə bərpa olunacaq.

 

- İnsanlarımız Ermənistanın buna riayət edəcəyinə inanmır. Bu barədə nə söyləyə bilərsiz?

 

- Ermənistanda rəsmi şəkildə bildirirlər ki, hərbi əməliyyatları davam etdirmək imkanları olmadığından, həmçinin daha ağır məğlubiyyətdən qurtulmaq üçün Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı razılaşmanı qəbul ediblər. Yəni hərbi müstəvidə uduzduqlarını həm siyasi, həm də hərbi rəhbərlik açıq şəkildə bəyan edir. Lakin bu o demək deyil ki, onlar bu razılaşmaya daim sadiq qalacaqlar. Ermənistan hərbi hissələrinin Azərbaycanın işğal altında qalan torpaqlarından çıxarılması 01 dekabr 2020-ci il tarixdə başa çatmalıdır. Güman edirəm ki, razılaşmanın bu hissəsi yerinə yetiriləcək. Çünki ermənilər belə qısa müddətə yenidən hərbi əməliyyatları başlamaq gücünü əldə edə bilməyəcəklər. Lakin onların ümumiyyətlə, Azərbaycana qarşı iddialardan, qəsbkarlıq planlarından vaz keçməsini düşünmək sadəlöhvlük olardı. Biz hər an ahzır olmalıyıq ki, onlar müəyyən hazırlıq gördükdən sonra bir daha hücum edə bilərlər. Onlar üçüncü qüvvələr, yaxud  rus sülhməramlıları da yardım edə bilər. Bütün bunlar gözləniləndir. Şübhəsiz ki, adekvat tədbilər görülür və görüləcəkdir. İlk növbədə starteji üstünlüyü hər zaman əldə saxlamaq. Məsələn, Britaniya Birinci Dünya Müharibəsindən əvvəl çalışırdı ki, Fransa və Almaniyanın ikisinin birgə donanmasından güclü donanmaya malik olsun. Yaxud “soyuq müharibə” illərində ABŞ və SSRİ çalışırdı ki, bir neçə dəqiqə  ərzində qarşısıalınmaz nüvə zərbələri endirmək imkanına malik olsunlar. Bu, strateji çəkindimə adlandırıldı. Yəni tərəflərdən biri başa düşürdü ki, hücum etsə, qarşı tərəf təminatlı onun özünü də məhv etmək imkanlarına malikdir. Düşünürəm ki, Azərbaycan belə bir starteji üstünlüyünü saxlayacaq, yaxud saxlamaq üçün əlindən gələni etməlidir. Digər çəkindirici amil Türkiyə ilə hərbi ittifaqın inkişaf etməsi və bu əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi olacaq. Həmçinin  beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirməliyik. Ən başlıcası isə xalqımız ayıq-sayıq olmalı, hər zaman müharibəyə hazır olmalıdır. Müharibəyə hazırlıq hər birimizin artıq həyat tərzimizə çevrilməlidir. Bütün bu sadaladıqlarım da erməniləri qəsbkarlıqdan çəkindirməyə yetməyə bilər. Ona görə deyirəm ki, müharibəyə hazırlıq, fədakarlıq əsas milli ideyamız  olmalıdır. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR