COVID-19 şübhəsi varsa KT nə vaxt aparılmalıdır?

17:12 03-05-2020 | icon 169 | Sağlamlıq
COVID-19 şübhəsi varsa KT nə vaxt aparılmalıdır?

Azərbaycanda dekabrın 14-dən bəri sərtləşdirilmiş karantin rejiminə baxmayaraq, koronavirusa yoluxanların sayı yüksək olaraq qalmaqda davam edir. Nikbinliyə səbəb olan tək şey, sağalmış insanların sayının artmağa başlamasıdır.

 

Bununla belə, həkimlərin dediklərinə görə, xəstəxanalarda reanimasiya və intensiv terapiya şöbələrində sıxlıq qalmaqdadır, ölənlərin sayı isə gündə 35-45 arası dəyişir.

 

Əlbəttə ki, bu, əhalinin psixoloji və emosional vəziyyətinə çox təsir göstərir. Sosial şəbəkələrdəki tibbi qruplarda “ağ ciyərlərin kompyuter tomoqrafiyası harada edilə bilər”, “bunu etməyə dəyərmi” və “sonra gec olmaz ki” kimi suallar çox verilir...

 

Sirr deyil ki, bir çoxu yoluxma barədə öyrənəndə təlaşa düşür, özünü müalicəyə başlayır, həkim təyinatı olmadan güclü təsir göstərən dərmanlar qəbul edir, kompyuter tomoqrafiyasından keçməyə tələsirlər ki, bu da sonradan kədərli nəticələrə səbəb olur.

 

Versus.Az xəbər verir ki, həkim-infeksionist Nicat Əzimli nə zaman kompyuter tomoqrafiyasının aparılmasının lazım olduğunu öyrəndiyini bildirib.

N.Əzimli koronavirus infeksiyasının yayıldığı ilk günlərdən pandemiya xəstəxanasında çalışır. Üstəlik, özü də koronavirus keçirib. 

 

“Kompyuter tomoqrafiyası yalnız həkimin təyinatı ilə tövsiyə olunur. Koronavirus infeksiyasının kiçik simptomları olduqda, həkimlə məsləhətləşmədən KT-nin diaqnostik metod kimi istifadəsinə ehtiyac yoxdur”, - deyə o vurğulayıb.

 

Həkimin sözlərinə görə, COVID-19-u göstərən simptomlar olduqda, vətəndaşlara sahə həkimi və ya infeksiya mütəxəssisi ilə əlaqə saxlamaları tövsiyə olunur. Bundan sonra həkim müayinənin taktikasını təyin edəcək - lazım olduqda PZR testi, qan analizi, rentgendən və ya kompyuter tomoqrafiyasından keçməyi məsləhət görəcək.

 

“KT - koronavirusu müalicə etmək üçün metod deyil, sadəcə bir diaqnostik müayinədir. Vətəndaşlar, ilk növbədə, həkimə müraciət etməli və yalnız bundan sonra lazımi müayinələrdən keçməlidirlər. Axı, tomoqrafiya müayinəsindən keçdikdən sonra belə, nəticələrini həkimə göstərməsi, onun da müvafiq müalicəni təyin etməsi lazımdır”, - deyə infeksionist vurğulayıb.

O, mövcud vəziyyətdə özünü müalicənin tövsiyə olunmadığını qeyd edib. /media.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?