ALDP-dən Tarif Şurasının qərarı ilə bağlı BƏYANAT

12:06 05-01-2021 | icon 819 | Siyasət
ALDP-dən Tarif Şurasının qərarı ilə bağlı BƏYANAT

"Əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının online iclasını keçirib.

 

ALDP-nin Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, Tarif Şurasının qiymətlərlə bağlı qərarı və təşkilatı məsələlər müzakirə olunub.

 

Qeyd edək ki, ALDP Tarif Şurasının qərarı ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir:

 

"Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədə müvafiq hesab etməyib.

 

Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.

 

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

 

Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.

 

ALDP hesab edir ki, qiymət artımı vətəndaşlara müəyyən çətinlik gətirsə də, nəzərdə tutulan sosialyönümlü tədbirlər, yaranan problemlərin qarşısını alacaq.

 

ALDP hesab edir ki, qiymətlərin qalxmasının qarşısını almaq üçün kiçik və orta sahibkarlar pandemiya dövründə ƏDV-dən azad olunmalıdırlar, güzəşli kredit və kompensasiya verilməlidir.

 

ALDP hesab edir ki, vətəndaşlara verilən kompensasiya (190 manat) məbləği bir daha baxılmalıdır və bu məbləğ artırılmalıdır.

 

ALDP hesab edir ki, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçirilməlidir".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR