Komitə sədri Xalq Rəssamını yubileyi münasibətilə təbrik edib

15:48 05-02-2021 | icon 695 | Mədəniyyət
Komitə sədri Xalq Rəssamını yubileyi münasibətilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq rəssamı, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimovla Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili Ağaəli İbrahimovu 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

"Hörmətli Ağaəli müəllim, Sizi, görkəmli Azərbaycan rəssamını 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik! Siz 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edirsiz, əsərləriniz Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, Rusiya, Suriya və digər ölkələrdə nümayiş olunub. Siz Azərbaycan Respublikasında incəsənətin rəssamlıq sahəsində böyük yaradıcılıq uğurları qazandığınıza görə 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Xalq rəssamı" fəxri adına layiq görülmüsüz. Sizi bir daha yubileyiniz münasibəti ilə təbrik edir, Komitəmizin üzvlərinin ən xoş diləklərini yetirirəm"!

 

Komitə sədri. əslən Şuşadan olan yubilyara üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı və Komitə adından Təbrik Məktubu təqdim edib.

 

Xalq rəssamı çağdaş mədəniyyət və incəsənət aləminə dair mülahizələrini bölüşüb, səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib. Görüşdə telejurnalist Mehriban Əliyeva iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ