Vaksinasiyadan sonra immuniteti yoxlamaq üçün EKSPRESS-TEST
Koronavirus əleyhinə immunizasiyadan sonra xəstənin qanında anticisimləri aşkar etmək üçün ilk ekspress-test hazırlanıb.
Bu barədə RBK mərkəzin mətbuat xidmətinə istinadən məlumat verib.
Bildirilir ki, testlər Rusiyanın “Avivir” və “Rapid Bio” şirkətlərinin birgə istehsalıdır.
“Test antigen və ona uyğun anticisim arasında analiz metoduna əsaslanır. Bunun üçün bir damla qan lazımdır. Nəticə 15 dəqiqədə məlum olacaq, etibarlılığı isə 96 faizdir. Testin reagenetləri ilk növbədə “Sputnik V” peyvəndi üçün təsdiqlənib”, - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, test həm peyvənddən əvvəl, həm də sonra faydalıdır. Ondan stabil bir immun reaksiya meydana gəlməsini nəzarət etmək üçün istifadə edilə bilər. Əlavə olaraq, test xəstəlikdən sonra ortaya çıxan dayanıqlı İgG anticisimlərini aşkar etməyə qadirdir.
O da vurğulanıb ki, test ev şəraitində də aparıla bilər. Dəstə spirtli salfet, steril lanset və bionümunə üçün pipetlər daxildir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"