İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?

09:30 25-06-2021 | icon 1078 | Gündəm
İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

 

Versus.az xəbər verir ki, dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11 365 nəfər “Füzulinin azad olunmasına görə”, 11 831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3 435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10 211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5 867 nəfər “Qubadlının azad olunmasına görə”, 5 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2 643 nəfər “Laçının azad olunmasına görə”, 10 647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2 893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 349 nəfərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT