Füzuliyə qayıdış davam edir

08:01 29-04-2024 | icon 206 | Qarabağ
Füzuliyə qayıdış davam edir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

 

Versus.Az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

 

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI