İngilislər Tofiq Bəhramovla bağlı uğuru təkrarlamaq istəyir

14:52 28-06-2021 | icon 360 | İdman
İngilislər Tofiq Bəhramovla bağlı uğuru təkrarlamaq istəyir

“Yeni tarix yazmaq üçün əla şansdır”

 

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutacaq Almaniya ilə qarşılaşma barədə fikirlərini bölüşüb.

 

Bu barədə Sports.ru məlumat yayıb.

 

“Bu komanda üçün Almaniya ilə oyunda tarix yazmaq və insanlara ingilislərin almanlarla qarşılaşmaları barədə son günlər tez-tez eşitdiklərindən fərqlənən yeni xatirələr hədiyyə etmək üçün əla şansdır”, - deyə Q.Sautqeyt bildirib.

 

İngiltərə böyük turnirlərdə Almaniya millisinə cəmi iki dəfə qalib gəlib. Bunlardan biri 1966-ci ildə olub. Həmin vaxt ingilislər dünya çempionu olublar. İkinci qarşılaşma isə Avro-2000-in qrup mərhələsində baş tutub.

 

Xatırladaq ki, 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunun finalında yan hakim Tofiq Bəhramovun İngiltərə millisinin lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlardan biri sayılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb

Kremldən ABŞ-yə ÇAĞIRIŞ

"Formula-2" yarışına start verildi

AFFA-nın İcraiyyə Komitəsi toplaşır

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Yeni tələbələrin NƏZƏRİNƏ

"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

“Formula-1″lə əlaqədar sürücülərə MÜRACİƏT

Yeni Günəşlidə sakinlər şikayətçidirlər

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək