Mən balaca jurnalistəm

17:52 23-07-2021 | icon 3471 | Uşaq Dünyası
Mən balaca jurnalistəm

Mətbuat Günü ilə bağlı düşüncələrim

 

Salam, hörmətli oxucularım. Mən Ayla. 7-ci sinif şagirdi, amma bu il 8-ə keçəcəm. Neçə vaxtdır köşə yazmıram. Bu deyəsən yaşadığım yer olan “Qızılqum” sanatoriyasında, Pirşağıda olan proseslərlə bağlıdır. Bu haqqda növbəti yazımda sizə ətraflı danışacam.

 

Məlum olduğu kimi, bu gün Milli Mətbuat günüdür. Bu il mətbuatın 146, mənim isə mətbuatda 3 ilim tamam olur. Mən xalalarımın yaradıcısı olduğu o məhşur Versus.az saytında çalışıram. Yay tətili müddətində çox şagirdlər uşaqlar yay məktəbinə qatıldı. Bizim isə yay məktəbi müddətində işimiz saytla bağlı oldu. Sayta köşə yazıları yazdıq, sayta bir çox məlumatlar yerləşdirdik. Bir sözlə əməkdaşlıq etdik və özümüzü daha da təkmilləşdirdik.

 

Bu sayt bizə çox şey öyrətdi: Əməkdaşlıq, güvən, səbr, işinə məsuliyyətlə yanaşmaq və belə daha çox mənəvi borc. Mən balaca jurnalistəm. İşimi sevir və fəxr edirəm. Bu işə layiq olduğumu düşünürəm. Təbii ki, də heç yanlış etməmişəm demirəm. Çünki mən mənəm, bütün yanlışlarımla. Bəlkə sabah daha ağıllı, tədbirli olacam. Amma o yenə də mən olacam. Bütün yanlışlarım məni mən edən şeylərdir. Bacardığın qədər yalnış et, amma bu yanlışları bir daha təkrarlama...

 

İndi gələk əsas məsələmizə - Mətbuat Günü ilə bağlı düşüncələrimə. Mətbuat işi həqiqətən də fəxr ediləcək bir işdir. Mən bu köşəni yazanda, fəxr edilən biri gəldi ağlıma. O, Xocalı faciəsi zamanı ermənilərin vəhşiliyini, Azərbaycan xalqına qarşı törədikləri terroru kadra alıb. Əminəm ki, onun kim olduğunu bilirsiz. Xalqımızın qəhrəmanı Çingiz Mustafayev. Bəlkə də o olmasa idi, biz Xocalıda olan bu qətliamdan xəbərsiz qalacaqdıq. Mətbuat günün mübarək, Çingiz Mustafayev.

 

Sonda isə xalalarımı - tanınmış jurnalistlər Tahirə Qafarlı,Arzu Zeynallı, atam Ramil Nəcəfli, vaxtilə mətbuatda olan anam Gözəl Nəcəfovanı və bacım Leyla Nəcəflini, o cümlədən bütün mətbuat çalışanlarını təbrik edirəm.

 

Sağ olun, salamat qalın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK