UEFA Avropa Liqasına Bakıda start verilir

10:17 03-08-2021 | icon 428 | İdman
UEFA Avropa Liqasına Bakıda start verilir

Bu gün UEFA-nın ikinci dərəcəli klub turniri olan Avropa Liqasında yeni mövsümə məhz Bakıda start veriləcək.

 

Versus.Az xəbər verir ki, turnirin bu gün baş tutan yeganə görüşündə Azərbaycan çempionu “Neftçi” Finlandiyanın eyni statusda olan komandası HİK ilə qarşılaşacaq.

 

“Neftçi”nin rəqibi 30 qat Finlandiya çempionu və həmin ölkənin 14 qat Kubok sahibidir. Helsinki klubu ilə görüşdə “Neftçi”də əməliyyat olunmuş hücumçu Namiq Ələsgərov və qırmızı vərəqə almış Mərt Çelik oynaya bilməyəcək. 

 

Qeyd edək ki, cavab oyunu avqustun 12-də Helsinkinin süni örtüklü “Bolt Arena”sında keçiriləcək.

 

UEFA Avropa Liqası

III təsnifat mərhələsi

 

3 avqust

21:00 “Neftçi” – HİK (Finlandiya)

Hakimlər: Vilyam Kolum, Deyvid MakQiçi, Şon Karr, Yuan Anderson (hamısı Şotlandiya)

Bakı. “Bakcell Arena”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI