KT-MRT - Hansı daha az şüalıdır?

08:23 17-12-2021 | icon 477 | Sağlamlıq
KT-MRT - Hansı daha az şüalıdır?

Hazırda çox həkimlər ilkin diaqnozu dəqiqləşdirmək məqsədi ilə KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) kimi dəqiq və müasir müayinələrdən istifadə olunur.

 
 
Bir çox insanların fikirinə görə, bu müayinələr bir birinə bənzəyir. Lakin bu heç də belə deyil. Əksinə bu müayinələrin arasında olan fərq çox böyükdür.
 
 
KT zamanı rentgen şüalanma istifadə olunur. Tomoqrafın skaneri insanın bədəninin ətrafında fırlanaraq müxtəlif nöqtələrdən çoxsaylı rentgen şəkilləri çəkir. Daha sonra bu şəkillər kompüter vasitəsi ilə cəmləşir və işlənir ki, nəticədə müayinə olunan orqan və ya bədən hissəsinin 3-ölçülü təsviri alınır.
 
 
MRT zamanı rentgen şüalanma deyil, güclü maqnit sahə istifadə olunur. Bu sahənin təsirindən insan orqanizmində olan hidrogen atomları maqnit sahəsinin istiqamətində "düzülür". Apparat elektromaqnit impulsları göndərir. Atomlar bu impulslara "cavab verir", siqnallar göndərir (buna "rezonans" deyilir). Bədənin müxtəlif toxumaları müxtəlif gücü olan rezonansları göndərir. MRT bu siqnalları toplayır və onlardan 3-ölçülü təsvirləri yaradır.
 
 
Bəzən xəstələr həkimlərə belə sual verir: hansı müayinə daha yaxşıdır, daha dəqiqdir - KT yaxud MRT? Bu suala birmənalı cavab vermək mümkün deyil. Bu metodların hər ikisində müəyyən üstünlüklər və müəyyən nöqsanlar var. Bəzən KT-nın istifadəsi daha effektlidir, bəzən isə yalnız MRT-nın istifadəsi dəqiq nəticə verə bilər. Bəzi hallarda isə həkim xəstəyə həm KT həm də MRT təyin edə bilər.
 
 
MRT daha yaxşı yumşaq toxumaları "görür" (əzələlər, beyin, onurğa sütunu fəqərələri arası disklər, damarlar və s.). Lakin MRT sümüklərdə olan kalsiumu "görmür". KT isə sümük toxumasını daha yaxşı "görür". Bu səbəbdən sümüklərin müayinəsi üçün adətən KT və ya rentgenoqrafiya istifadə olunur.
 
 
MRT orqan və toxumalarda gedən dinamik proseslərin müayinəsində (məsələn, qan dövranı və onun pozulmaları) xüsusilə effektlidir.
 
 
MRT neyrocərrahiyyədə və nevrologiyada geniş istifadə olunur (köhnə beyin travmaları, insult (gecikmiş mərhələlərdə), baş beyini və onurğa beyini şişləri və s.).
 
 
KT sümük zədələmələri və travmalar zamanı ən effektli müayinə üsuludur. Bundan əlavə KT-da təzə qanaxma aydın görünür ki, bu səbəbdən KT baş, döş qəfəsi və qarın boşluğu travmaları və insult (ən erkən mərhələsində) zamanı istifadə olunur.
 
 
Beləliklə, MRT-nın istifadəsi bu kimi pozulmalar zamanı daha effektlidir:
 
- yumşaq toxumalarda olan şişlər və şişəbənzər törəmələr;
 
- hipofizin şişləri,
 
- baş beyini və onurğa beyini qişalarının və toxumalarının patologiyaları və zədələmələri,
 
- insult (gecikmiş mərhələdə), dağılmış skleroz, beyin toxumasının iltihabı, beyin şişləri;
 
- əzələlər, oynaqlar və bağların zədələmələri, onurğa sütununun fəqərələri arası disklərin yırtıqları,
 
- onkoloji prosesin mövcudluğu və onun yayılması.
 
 
KT isə bu kimi pozulmalarda daha dəqiq diaqnostik üsul sayılır:
 
- kəllə sümüklərinin, burun ətrafı boşluqların, çənələrin zədələnmələri;
 
- anevrizmalar və damarların aterosklerotik zədələnmələri;
 
- döş qəfəsi orqanlarının xəstəlikləri (vərəm, pnevmoniya və s.);
 
- qalxanvari vəzi xəstəlikləri;
 
- sümük və oynaqların zədələnmələri;
 
- beyin və kəllə sümüklərinin, döş qəfəsinin, qarın boşluğunun travmaları;
 
- onurğa sütunu xəstəlikləri (osteoporoz, skolioz).
 
 
MRT zamanı şüalanma istifadə olunmur. Bu səbəbdən MRT KT-dan fərqli olaraq hətta hamilə qadınlar üçün (hamiləliyin 2-ci və 3-cü üçaylığında) əks göstəriş sayılmır. Lakin bu məsələ tibdə mübahisəli sayılır. Bir sıra həkimlər bu müayinənin hamiləlik zamanı keçirilməsinin tərəfdarı deyil.
 
 
İnsan orqanizmində metal implantantant, elektrokardiostimulyator, metal "spiral", süni oynaq, metal dişlər və s. olduqda bu MRT üçün əks göstərişdir.
 
 
MRT daha uzunsürən proseduradır. Belə ki, insan bədəninin hər hansı hissəsi KT vasitəsilə bir neçə dəqiqə ərzində, MRT vasitəsilə isə (eyn hissə) yarım saata qədər vaxt ərzində müayinə olunur.
 
 
Həmçinin MRT KT-dan fərqli olaraq müəyyən psixoloji diskomforta səbəb ola bilər. Bu xüsusilə nevroloji xəstəlikləri olanlara aiddir.
 
 
Bu müayinələrdən özbaşına və həkim təyinatı olmadan keçmək olmaz. /saglamolun.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nensi Pelosiyə ETİRAZ

Məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

Koronavirusla bağlı son STATİSTİKA

İranda əhali ayağa qalxdı

Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

ALDP-dən erməni təxribatı ilə bağlı BƏYANAT

Rekonkista - Böyük Təmizlik

Qərbi Azərbaycan İcmasından ETİRAZ

Daha 2 partiya ofislə təmin olundu

Geninə-boluna söyə də bilmirəm

Məktəb direktoru işdən ÇIXARILDI

Zorlanma - DƏHŞƏTLİ İDDİA

Qızdırmadan 171 nəfər öldü

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Mübahisənin sonu qanla bitdi