"TDP Rusiya üçün "təhdid" idi və..."

16:39 15-01-2022 | icon 673 | Geopolitika
"TDP Rusiya üçün "təhdid" idi və..."

Rauf Məmmədov: “Bir kəmər, bir yol” layihəsi üzərindəki maraqlar Qazaxıstanda düyünə salındı”

 

“Türk Dövlətləri Təşkilatının qurulması və Böyük Turan xəritəsinin yayılması, Türkiyənin bölgədə tədricən fəallaşması, böyük dövlətlərin çoxunun xoşuna gəlmirdi. Türkiyənin bölgədə tədricən fəallaşmasını istəməyən ölkələrin başında yalnız Rusiya deyil, ABŞ və Çin də var idi. Lakin, Böyük Britaniya, Türkiyə və Çini ortaq bir məxrəcə gətirən o idi ki, Böyük Britaniya və Türkiyə Çin üçün həyati əhəmiyyət daşıyan “bir kəmər, bir yol” layihəsini dəstəkləyirdi. Bu layihəni dəstəkləməyən və onun Hindistan ilə əlaqədar olmasını istəyən ölkələrin başında ABŞ və Rusiya dayanır”.

 

Bunu Versus.az -a politoloq Rauf Məmmədov Qazaxıstandakı böhran durumun Türk Dövlətləri Təşkilatına, regiona və Azərbaycana təsirləri barədə şərhi zamanı bildirib.

 

R.Məmmədov hesab edir ki, yeni dünya düzənini müəyyənləşdirən “bir kəmər, bir yol” layihəsi üzərindəki maraqlar Qazaxıstanda düyünə salındı:

 

“Türkiyənin bölgədə tədricən fəallaşması, Türk Dövlətləri Təşkilatının qurulması bu məsələnin tədricən Böyük Britaniya-Türkiyə-Çin üçlüyünün xeyrinə dəyişəcəyini göstərirdi. Bu üçlüyə qarşı mübarizədə Rusiya ya təkbaşına, ya da ABŞ ilə birgə ssenari hazırlaya bilərdi. Rusiyanın Qazaxıstana daxil olması və SSRİ bərpa olunması məsələsini gündəmə gətirməsi, bütün dünyaya müharibə elan etmək idi. Çünki bu dünya düzəninin anidən dəyişdirilməsi deməkdir. Rusiya bunu təkbaşına etmək riskini gözə ala bilməzdi. Həmçinin, MKİ-nin və Pentaqonun baş verən Qazaxıstan ssenarisindən xəbərsiz olması da inandırıcı səslənmir. Qazaxıstanda fəal olan Mİ-6 və Çin kəşfiyatlarının da şübhələnməməsi mümkün deyildir. Bəlkə buna görə də, ssenari tələsik həyata keçirildi”.

 

“Bu təşkilatın hərbi quruma çevrilib möhkəmlənməsini qabaqlayaraq...”

 

R.Məmmədov KTMT -nin Qazaxıstana daxil olmasını MDB ölkələrinin gözünü qırmaq və TDT-nın regiona gəlişinin qarşısını almağa yönəlib:

 

“Son dövrlər Türk dövlətləri Təşkilatının (TDT) yaranması və Turan məsələsinin gündəmə gəlməsi Rusiyanı narahat etməyə başladı. Çünki bu təşkilatın tədricən hərbi birliyə çevrilməsi ehtimalı da güclü idi. Artıq Azərbaycan və Türkiyə arasında Şuşa bəyannamsinin elan olunnması, belə bir sənədin bütün TDT ölkələri ilə bağlanmasına şərat yarada bilərdi. Bu isə, Türkiyənin və TDT ölkələrinin Orta Asiyada hərbi güc olaraq ortaya çıxması demək idi. Rusiya bu təşkilatın hərbi quruma çevrilib möhkəmlənməsini qabaqlayaraq Qazaxıstana daxil oldu. Əgər TDT hərbi birliyi yaransaydı (Şuşa bəyannaməsi kimi) və Qazaxıstan bu birlikdə təmsil olunsaydı, Rusiyanın ora daxil olması belə asan olmayacaqdı. Çünki TDT KTMT-nın ora daxil olmasını qeyri-qanuni hesab edəcəydi”.

 

Politoloq Qazaxıstanda yaradılan xaosun Rusiya ilə Tokayevin planı olduğunu önə çəkib. Təhlillərə əsasən bildirib ki, dövlət çevrilişi ssenarisi Kremldə Tokayev ilə birgə hazırlanmış və həyata keçirilmişdir:

 

“Məlumdur ki, Tokayev ölkəyə kənardan 20 min terroristin daxil olduğunu bildirdi. O, ölkədə yaranan durumu tənzimləmək üçün, 300 mindən çox olan yerli güc strukturlarına deyil, KTMT-yə müraciət etdi və nəticədə, əsasən rus ordusundan ibarət olan KTMT ordusu ölkəyə daxil oldu. Bundan sonra K.J. Tokayev terrorçulara xəbərdarlıq edilmədən atəş açılmasını əmr etdi. Bu əmr, KTMT ordusuna sərbəst atəş açmağa və məsuliyyət daşımadan əhaliyə qarşı soyqırımı törətməyə imkan verdi. Bunun nəticəsi olaraq, ölənlərin sayı artdı. Bunlar göstərir ki, ölkəyə kənardan 20 min terroristin daxil olması məlumatı dinc əhaliyə atəş açılması üçün lazım idi. Səbəb, digər postsovet ölkələrində KTMT ordusu barədə qorxu yaratmaq və onun tələblərinə itaət etmələrini təmin etmək idi”.  

 

R.Məmmədov hesab edir ki, KTMT-nın Qazaxıstana daxil olması üçün heç bir hüquqi əsas yox idi:

 

“Birincisi, vətəndaşların etiraz etməsi onların anayasa haqlarıdır. Kriminal qrupların zərərsizləşdirilməsi üçün, ölkənin 300 minlik güc strukturu artıqlaması ilə bəs idi. KTMT-nın ora daxil olması üçün Tokayev parlamentin qərarını almalı idi. Bu isə, baş vermədi. İkincisi, Nazarbayevin təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən uzaqlaşdırılması və özünün ortada olmadan onun adından danışılması qeyri-qanuni idi. Nazarbayev özü ortaya çıxaraq istefa verməli idi. Üçüncüsü, kənardan daxil olan 20 min terroristin hücumu barədə məlumat uydurma idi. Çünki ortada bunu təsdiq edən bir fakt yoxdur. Həmçinin, bu qədər adamın dövlət sərhəd xidmətinin xəbəri olmadan sərhədləri  keçməsi, kəşfiyyatın xəbəri olmadan ölkədə sərbəst fəaliyyət göstərməsi də məntiqsiz idi. Buna örə də, bu versiyanı sonradan təzkib etməyə başladılar. Dördüncüsü, ölkədə rəngli inqilab ssenarisindən bəhs olunması və təbii ki, Soros, Feto izlərinin axtarılması da məntiqsiz görünür. Əgər belə idisə, onlar həbs olunmalı və istintaq işi başlamalı idi. Halbuki, ortada bir nəfər də bu adla həbs olunmayıbdır”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM