Dini liderlər Bakı və Şuşada olacaqlar

13:51 30-04-2024 | icon 157 | Cəmiyyət
Dini liderlər Bakı və Şuşada olacaqlar

Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər.

 

Versus.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək Dini Liderlərin Bakı Görüşündə iştirak etmək üçün Bakıya gələn Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri, Patriarx Kirilin vikarisi Mitropolit Antoniy ilə görüşündə qeyd edib.

 

QMİ sədri Prezident İlham Əliyevin himayəsi ilə ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu aktual problemlərin müzakirəsi üçün ciddi platforma olduğunu diqqətə çatdırıb.

 

O bildirib ki, forum çərçivəsində QMİ-nin təşkilatçılığı ilə həm Bakıda, həm də Şuşada tədbirlər keçiriləcək, 40-dan çox ölkəni təmsil edən dini liderlər və tanınmış ictimai xadimlər dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparacaqlar.

 

QMİ ilə Rus Pravoslav Kilsəsi arasında faydalı əməkdaşlığa və qarşılıqlı etimada söykənən əlaqələrin olduğunu diqqətə çatdıran Allahşükür Paşazadə 30 ilə yaxın müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dini zəminə keçməməsi üçün Patriarx Kirilin gördüyü işləri, vasitəçilik missiyasını yüksək qiymətləndirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq