"Bu şəhərdə”kilərdən “Şuşa” qalmaqalına AÇIQLAMA

11:34 24-01-2022 | icon 398 | Şou-biznes
"Bu şəhərdə”kilərdən “Şuşa” qalmaqalına AÇIQLAMA

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.

 

Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər.

 

Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları “Bu şəhərdə” komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.

 

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan Əməkdar artist Rafael İsgəndərov deyib ki, heç kim konsertə məcburi olaraq aparılmır:

 

“Mən o işlərdən tam uzaqdayam. Bilmirəm. Bu sualınıza Müşfiq özü cavab versə yaxşıdır. KVN-dən heç bir anlayışım yoxdur. Qaldı ki, camaatın təhqirinə, kim nə fikirləşir fikirləşsin. İstəmirlər gəlməsinlər, Allah canlarını sağ eləsin. Gəlirlər yenə də Allah canlarını sağ eləsin. Bu barədə heç nə danışmaq istəmirəm. Çünki mövzu çox çeynənilib. Boykot edirlər, nə bilim nə edirlər. Otursunlar yaxşı fikirləşsinlər, yaxşı analiz eləsinlər. Nə edirlər etsinlər. Heç kəs heç kəsin filminə, konsertinə məcburi getmir. Gəlsələr də, gəlməsələr də sağ olsunlar”.

 

Əməkdar artist  Coşqun Rəhimov da Ölkə.Az-a açıqlamasında münasibət bildirməkdən çəkinib:


“Mənim ondan (KVN) anlayışım yoxdur. Müşfiq Abbasov gələcək və bir prodüser kimi cavab verəcək. Artıq sözlərə ehtiyac yoxdur”. 

 

Boykot çağırışlarından danışan aktyor bu sözləri deyib: “Eybi yox, hər şeyi zaman göstərər”.

 

Qeyd edək ki, Müşfiq Abbasov eyni zamanda “Bu şəhərdə” komandasının ssenaristidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Fuad Əliyevdən QƏTİ ETİRAZ

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar

Qoşa "BEŞ"-in mübarək