Şəhidin ailə üzvü məktəb direktoru təyin olundu

14:57 01-02-2022 | icon 334 | Təhsil
Şəhidin ailə üzvü məktəb direktoru təyin olundu

Şəhidin ailə üzvü məktəb direktoru təyin olunub.

 

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook” hesabında paylaşım edib.

 

Bildirib ki, təhsil naziri Emin Əmrullayevin 31 yanvar tarixli əmri ilə Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin məktəbə direktor vəzifəsinə təyin olunub:

“R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb. Rəhminə xanımın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev 90-cı illərin Qarabağ müharibəsində, 1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ