Özünü məktəb binasından atmaq istəyən qız nəzarətə götürüldü

12:00 10-02-2022 | icon 419 | Təhsil
Özünü məktəb binasından atmaq istəyən qız nəzarətə götürüldü

Sözügedən məktəbli və ailəsi hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasının nəzarətində saxlanılır.

 

Versus.Az xəbər verir ki, bu barədə ərazi üzrə icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasından məlumat verilib. 

 

Bildirilib ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir:

 

“Məktəblinin və anasının vəziyyəti yaxşıdır, heç bir həyati təhlükəsiz yoxdur. Məktəbli yetkinlik yaşına çatmayıb. Ola bilər ki, hansısa ailə üzvünə qarşı münasibətdən dolayı, ya da dostları, rəfiqələri ilə arasında yaşana biləcək hər hansı inciklik səbəbindən bu addımı atıb. 

 

Düşünürük ki, diqqət cəlb etmək üçün bu addımı atıb. Uşaqla psixoloq danışıb, söhbət aparıb. Məsələ ilə bağlı təfərrüat vermək istəmirik. Sadəcə olaraq səlahiyyətlərimiz çərçivəsində ərazi üzrə yetkinlik yaşına çatmayanlarla bağlı, onların həyati təhlükəsi yaranarsa dərhal qarşısının alınması istiqamətində tədbirlər görürük. 

 

Sözügedən hadisə barədə də İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə bütün tədbirlər görülüb. Məsələyə çox ciddi yanaşılır. Uşaq psixoloqların nəzarətindədir. Ailə də nəzarətdədir. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...