Məktəbdə baş verən neqativ HADİSƏLƏR
Təhsil naziri Emin Əmrullayev təhsil müəssisələri və direktorlarla bağlı yayılan neqativ görüntülər barədə danışıb.
Versus.Az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.
Nazirin sözlərinə görə, direktorların fəaliyyəti Azərbaycan qanunvericiliyi ilə tənzimlənir:
“Nöqsanlara yol verən direktorlar vəzifəsindən azad edilir”.
O qeyd edib ki, partanın üzərinə çıxan uşaqların bu cür hərəkətləri problemdir:
“Amma bu, məktəbdaxili problemdir. İki insan arasında olan münaqişəni ölkənin ən vacib gündəminə çevirməkdə böyük bir fayda görmürəm”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"