Ermənistan “Dağlıq Qarabağ” iddiasından əl çəkmir...

12:29 22-02-2022 | icon 497 | Qarabağ
Ermənistan “Dağlıq Qarabağ” iddiasından əl çəkmir...

“Azərbaycan Qarabağdakı erməni icmasına qarşı şərtlə çıxış etməlidir”

 

44 günlük müharibədən sonra Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirib sülh sazişinin imzalanmasına çalışdığı bir vaxtda separatçılar “Qarabağı Ermənistana birləşdirək” havasını yenidən çalırlar. Heç kəsə sirr deyil ki, hələ 1988-ci ildə “Dağlıq Qarabağda” olan erməni separatçıları həmin ərazilərin “Ermənistana birləşdirilməsi haqqında” sərsəm “qərar” çıxartmışdı. Hətta 30 il sonra Ermənistan baş naziri Nikol Paşinyan da bundan həvəslənərək “Qarabağ Ermənistandır nöqtə” demişdi.

 

İki gün əvvəl isə Ermənistanda həmin “qərarın” 30 illiyi qeyd olunub və erməni XİN-i həmin iddianı dəstəkləyən bəyanatla çıxış edib. Bu da Azərbaycanda ciddi etiraza səbəb olub. Görünən odur ki, ermənilərin 1988-ci ildən başlayaraq yenidən start görtürən “Qarabağ” iddiası və indiki Ermənistanın mövqeyi Azərbaycana qarşı işğalçı, revanşist iddialarının səngimədiyini meydana çıxarır.

 

Ermənistan öz məkirli niyyətindən əl çəkmirsə, Azərbaycan hansı addımlara əl atmalıdır və Qarabağda cücərdilən erməni mənfurluğu necə məhv edilməlidir?

 

Qulamhüseyn Əlibəyli: “Xankəndidə, Xocavəndə, Xocalıda antiterror əməliyyatları...”

 

 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli  bildirib ki, bu gün Ermənistanda radikal revanşizm bir qədər kənara çəkilsə də, hətta 30 ildən sonra da cəmiyyətdə Azərbaycan ərazilərinin azad olunmasını qəbul etmək istəmirlər. Onun sözlərinə görə, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq oradakı revanşizm vaxtaşırı baş qaldıracaq və 1988-ci ildə qəbul olunan “qərarın” yenidən yada salınması məhz erməni cəmiyyətinə verilən “Qarabağ məsələsi yaddan çıxmayıb, çıxmayacaq” mesajıdır. Q.Əlibəyli bildirib ki, bu gün Ermənistanda Qarabağla bağlı deyilən fikirlər, verilən “qərarlar” Azərbaycan hakimiyyətinin iradəsindən kənarda baş verir. Ona görə də biz Ermənistana münasibətdə yalnız diplomatik təzyiq üsullarından istifadə edə bilərik.

 

Hazırda sühməramlıların nəzarətində olan ərazilərimizlə bağlı Azərbaycanın susqunluq nümayiş etdirdiyini deyən Q.Əlibəyli, bunun həm beynəlxalq aləmdə, həm də Cənubi Qafqaz münasibətlərində əleyhimizə işlədiyini bildirib:

 

“Hesab edirəm ki, Azərbaycan özünə əlverişli hüququ baza yaratmalıdır ki, Xankəndidə, Xocavəndə, Xocalıda antiterror əməliyyatları həyata keçirdə bilsin. Nə qədər ki, rus ordusu ordadır bunu onların müdaxiləsi olmadan həyata keçirmək mümkün deyil. Sadəcə, Rusiya rəhbərliyi qarşısında məsələ qoymaq lazımdır ki, sülhməramlı adlanan qüvvələr öz missiyalarını yerinə yetirmirlər, əksinə başqa separatçı cinayətkar rejimi müdafiə etməklə yanaşı  onun qüvvətləndirilməsinə çalışırlar. Bu bardədə kifayət qədər faktlar var və bizim rəsmi mövqeyimiz olmalı idi.  Belə bir mövqenin olmaması separatçıarı daha da həvəsləndirir, Rusiya sülhməramlılarını da. Hər halda Azərbaycan gələcəkdə yeni problemlə üzləşməmək üçün özünə siyasi, geosiyasi, geostrateji baza yaratmaldır ki, antiterror əməliyyatını həyata keçirdə bilsin və Rusiya hərbi qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına nail olsun”.

 

Əli Mustafa: “Xankəndi-Qarabağ üzərindən beynəlxalq hüququn təməl prinsipləri pozulur”

 

 

Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin sədri, hüquqşünas Əli Mustafa bildirib ki, məğlub tərəf olan Ermənistan zaman-zaman belə populist bəyanatlar verməklə, sanki cəmiyyəti sakitləşdirməyə çalışır. İqtidarı cəmiyyətin qəzəbini önləmək üçün, həm də cəmiyyətə mesaj verirlər ki, məğlub olsaq da, zəifləsək də, biz heç də  Qarabağ iddialarımızdan imtina etməmişik.

 

Ə.Mustafa hesab edir ki, bu gün Azərbaycanda Qarabağla bağlı cəmiyyətlə ciddi bir müzakirəyə ehtiyac var:

 

“Ola bilsin ki, Rusiya dövlətin atdığı addımları təpki ilə qarşılasın. Rusiya Qarabağa bizim istəyimizlə yox, təzyiqlə, nifrətlə gəlib. Bu gün Xankəndi bölgəsində erməni yoxdursa, Rusiya da yoxdur. Rusiya Xankəndidə yalnız erməni icaması olduğu halda mövcuddur. Hesab edirəm ki, bu baxımdan dövlətin genişmiqyaslı, xalqın da müzakirələrini ehtiva edən bir konseptual yanaşması olmaldır. Buna hansısa zaman kəsiyindən, Rusiyanı “qıcıqlandırmamaq pəncərəsindən” boylanaraq yox, fundamental - dövlətin suverenliyi, dövlətin ərazi bütövlüyünün təmin edilməsi, sərhəd toxunulmazlığının təmin edilməsi əsasında yanaşılmalıdır”.

 

Ə.Mustafa bəyan edib ki, Xankəndi-Qarabağ üzərindən beynəlxalq hüququn bir çox təməl prinsipləri pozulur. O, hesab edir ki, heç bir məsələ dövlətin suverenliyini təhdid edəcək qədər əhəmiyyətli deyil:

 

“Azərbaycan burda yaşayan erməni icmasına qarşı şərtlə çıxış etməlidir. Ermənistan Azərbaycandan qəti olaraq bu cavabı almalıdır. Qarabağ məsələsi bitib, erməni icması istəyirsə burda yaşasın. Ona veriləcək hüquqlar bizim daxili işimizdir. Ya qəbul edəcəklər, ya da Azərbaycan icması Ermənistan ərazisindən zorla çıxarıldığı kimi, erməni icması da ərazilərimizdən çıxmalıdır”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI