COVID-dən XİLAS YOLU

09:40 02-03-2022 | icon 544 | Sağlamlıq
COVID-dən XİLAS YOLU

Rəşad Mahmudov: "Belə xəstələrin müalicəsi çox zaman nəticə vermir"

 

“Ölkəmizdə son günlərdə yoluxma sayının aşağı enməsi dalğanın yavaş-yavaş sönməyə başladığının işarəsidir. Əlbəttə ki, hər bir dalğa bəlli bir müddət içərisində alovlandıqdan sonra yenidən sönməyə doğru gedir. Bu tarix boyu bilinən epidemioloji tarazlıqdır”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

Ölkədəki epidemioloji vəziyyətlə bağlı danışan deputat qeyd edib ki, yaxın vaxtlarda koronavirus adi qrip infeksiyasına çevriləcək:


“Keçən illərlə müqayisədə bu gün yoluxanların sayına nisbətdə ölümlərin miqdarında azalma müşahidə olunur. Bunun ən başlıca səbəbləri, birincisi, son iki il ərzində insanların təbii şəkildə virusa yoluxması və ya peyvəndlənməsi nəticəsində xəstəliyə qarşı immun yaddaşın yaranması, ikincisi, səhiyyə işçilərinin ağır xəstələrlə mübarizə aparmaqda qazanmış olduğu təcrübədir. Dünyada vaksinasiya prosesi daha da sürətli və davamlı aparılsa, yaxın gələcəkdə bu xəstəliyi sadə qrip infeksiyası kimi qəbul edib, həyatımıza rahat davam edə bilərik”.

 

Onun sözlərinə görə, xəstəxana daxilində yaranan infeksiyalar vəziyyəti daha da çətinləşdirir:

“İnsanlarda əsas sual yaradan düşüncələrdən biri də ölümlərin hələ də olmasıdır. Bunun səbəbləri araşdırıldıqda müşahidə olunur ki, ölənlər içində peyvənd olunmayan və daha əvvəl bu xəstəliyə heç yoluxmayanlar başda olmaqla, eləcə də yoluxduqdan sonra təşviş və həyəcan içində ehtiyac olmayan dərmanlar, antibiotiklər, digər təhlükəli vasitələrdən istifadə edənlər böyük çoxluq təşkil edir. Bundan əlavə, xəstəxanalarda əmələ gəlmiş xəstəxana daxili infeksiyalara yoluxduqda da vəziyyət daha da çətinləşir. Əfsuslar olsun ki, belə xəstələrin müalicəsi çox zaman nəticə vermir. Təklif edirəm ki, ağırlaşma halına düşmədikcə xəstəxanalara yatmaq üçün can atmayaq”. /Lent.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...