Turpun FAYDALARI
Rusiyalı dietoloq, terapevt Yelena Tixomirova turpun sağlamlığa faydalarından danışıb.
Həkim qeyd edib ki, turp təbii antibiotikdir:
“Onun tərkibində tərəvəzə xarakterik acılıq verən efir yağları var. Həmçinin, turpun tərkibində bakteriyaları öldürən fitonsidlər də var ki, onu antibiotik edən də məhz budur”.
Həkimin sözlərinə görə, turp nə qədər acı olsa, bir o qədər də faydalıdır. Bu isə o deməkdir ki, qara turp öz xüsusiyyətlərinə görə qırmızıdan daha üstündür.
Terapevy onu da vurğulayıb ki, turpun tərkibində dəri üçün faydalı olan C vitamininin gündəlik dozasının üçdə biri var.
Bununla yanaşı, turp bütün orqanlara kapilyar qan tədarükü üçün də faydalıdır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"