Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

13:03 24-10-2024 | icon 126 | Cəmiyyət
Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Bu ağac təbiət abidəsi kimi qorunsun, növü təyin edilsin


"Yerində danışmaq və yerində susmaq qabiliyyət tələb edir".

/Sokrat/

 

 

 

SULTAN HÜMBƏTOV
/Tədqiqatçı jurnalist/

 

 

 

1 dekabrda Laçın rayonunun işğaldan azad edilməsinin növbəti ildömümünü qeyd edəcəyik. Hər ötən gün dövlətimizin başçısının göstərişi əsasında daha da gözəlləşən Laçın şəhərində və bir neçə kənddə həyat öz axarına düşməkdədir. Abadlaşan və bərpa edilən yaşayış məntəqələri siyahısına gələn il əlavə ediləcək yeni siyahıda Kürdhacı kəndinin də adı var. Bu xəbər kənd sakinlərini çox sevindirdi.

 

 

İşğal altında olduğu zaman erməni vandalları öz görkəmi ilə sayılıb seçilən Kürdhacı kəndində talan-qarat işlərini yerinə yetirdikdən sonra ev və yardımçı tikililəri yandırmaqla yaşayış məntəqəsini viran qoydular. Kəndi viran edən haylar təbiətə nə qədər ziyan vursalarda kəndin təbiəti, flora və faunası yetərincə gözəl olaraq qalmaqdadır. Amma mən bu gün bu flora və faunanın gözəlliyindən söhbət açmaq niyyətində deyiləm. Bu gün mən səsimi aidiyyəti təşkilatlara çatdırmaq istəyirəm.

 

Kürdhacı kəndinin ərazisində həmişəyaşıl ağac növlərindən olan adi ardıc və şam (el arasında tikansız olduğu üçün “ət ardıcı” adlanırdı) ağacı bitir. Keçən əsrin əvvəllərində hər iki həmişəyaşıl ağac Qırxqız dağının ətəkləri də daxil olmaqla Qasımuşağı obasının bütün kəndlərinin ərazisində geniş şəkildə yayılmışdır. Adi ardıc sərt tikanlı olduğu üçün hələ də bu ərazilərdə geniş yayılmaqdadır. Şam ağacının isə demək olar ki, tikansız, yumuşaq yarpaqları olması səbəbindən soyuq qış günlərində ev heyvanları tərəfindən yem kimi istifadə edilmişdir. Elə bu səbəbdən də 1960-cı ilə qədər barmaqla sananacaq qədər azalmışdır.

 

1992-ci ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğalına qədər Kürdhacı kəndinin ərazisində bu şam ağacından cəmi iki ədəd qalmışdı. Onlardan biri kənd ərazisində Qobu adlanan ərazidə, digəri isə kənd xəstəxanasının (keçmiş Hacısamlı bəyliyinin inzibati binası) həyətində. Bu gün kənd ərazisində Qobu adlanan sahədə olan şam ağacından xəbərdar olmasam da, kənd xəstəxanasının (keçmiş Hacısamlı bəyliyinin inzibati binası) həyətində isə həmin şam ağacı qalmaqdadır. Kənd sakinləri adından aidiyyəti təşkilatlardan xahiş edərdim ki, həmin ağacın bir təbiət abidəsi kimi qorunub saxlanılmasına, növünün təyin edilməsinə yardımçı olardılar. Bərpa zamanı həmin binanın muzey kimi qalacağını nəzərə alsaq, həmin ağacın təbiət abidəsi kimi qorunmasının əhəmiyyətinin artdığını deməyə əsas verir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək