Gəncədə binada güclü PARTLAYIŞ
"Partlayış baş verəndə mən mətbəxdə idim. Həmin vaxt ildırım bərk çaxdığından nəyin baş verdiyini anlaya bilmədim. Hiss etdim ki, evimiz bərk silkələndi. Xoşbəxtlikdən mən qonaq otağında olmamışam. Evdə nəyinsə uçduğunu hiss etdim. O biri otağa keçəndə qonşu ilə aramızda olan beton plitənin aşdığını gördüm. Başa düşdüm ki, qonşuda nəsə partlayıb".
Versus.Az xəbər verir ki, bunu Bizim.media-ya açıqlamasında Gəncə şəhərində partlayış baş verən mənzilin qonşuluğunda yaşayan Gülsarə Hacıyeva deyib.
Onun sözlərinə görə, hadisə təxminən səhər saat 6 radələrində baş verib. Evdə tək olduğundan xoşbəxtlikdən onların mənzillərində xəsarət alan olmayıb. Lakin evlərinə ciddi ziyan dəyib:
"Evimə ciddi ziyan dəyib. Qonşu mənzillə aramızda olan divar çöküb. Əşyalardan hansıların sıradan çıxdığını dəqiq bilmirəm".
Həmin ünvanda beşinci mərtəbədə yaşayan Ərəstun Quliyev isə partlayış baş verən zaman kənddə olduğunu deyib:
"Mən kənddə idim. Burada qızlarım qalır. Zəng etdilər ki, ata, qonşuda partlayış oldu. Mən də tez gəldim. Bizim evdə şükürlər olsun ciddi xəsarət alan olmayıb. Qızımın qolu yüngül zədələnib. Amma çox qorxub".
Versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ