Onların sertifikatları nə dərəcədə etibarlıdır?

08:48 24-10-2024 | icon 598 | Sağlamlıq
Onların sertifikatları nə dərəcədə etibarlıdır?

Tibb kurslarına müraciət edənlərin sayı artıb. 6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir. Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəssisələrində, ya da fərdi olaraq çalışırlar.

 

Bəs bu kursları bitirən şəxslərə verilən sənədlər nə qədər etibarlı sayılır?

 

Tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, belə kursları bitirənlər yüngül tibbi dəstək göstərməklə, ancaq ailə üzvlərinə kömək göstərə bilərlər:

 

"Elanlarda bəzən elə şərtlər qeyd olunur ki, insanlara cəlbedici gəlir və həmin kurslara müraciət edirlər. Lakin kursu bitirdikdən sonra harada çalışacaqları ilə bağlı maraqlanmırlar. Problem də məhz bundan sonra başlayır. Belə şəxslərin nəinki dövlət müəssisələrində, digər tibb idarələrində də çalışması yolverilməzdir".

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb kurslarına nəzarət nazirliyin səlahiyyətlərinə daxil deyil. Həmin kursları bitirən şəxslər dövlət tibb müəssisələrində işlə təmin olunmurlar.

 

Daha ətraflı "Xəzər xəbər"in süjetində:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP-un 29-cu konfransı üçün niyə Azərbaycan seçildi?

Bu müalicə də icbari tibbi sığortaya daxildir

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

"COP29 dünya mətbatının diqqətindədir"

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

Dieqo tennis karyerasına məğlubiyyətlə başlayıb

COP29 iştirakçısının 3618-i jurnalistdir

"Neftçi" 4 oyunçusu ilə yollarını ayırdı

COP29-a qatılmaq istəməyənlərin əsl mahiyyəti

Redon Cica "Qarabağ"dan ayrılmaq istəyir

Məşhur şirkət 5 min nəfəri işdən ÇIXARIR

Sensasiyalı KƏŞF

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR