Yenə də işğalçıyla işğala məruz qalan tərəfə eyni mövqedən yanaşılır

10:01 24-10-2024 | icon 59 | Siyasət
Yenə də işğalçıyla işğala məruz qalan tərəfə eyni mövqedən yanaşılır

Arzuxan Əlizadə: “Baydenin məktubunda bizi qane etməyən bir sıra başqa məqamlar da yer alıb”

 

“Amerika prezidenti Baydenin Azərbaycan prezidentinə məktub özündə bir sıra məsələləri ehtiva edir. Qeyd edim ki, məktubu ABŞ prezidentinin xüsusi köməkçisi, Avropa üzrə baş direktoru Maykl Karpender tərəfindən Azərbaycan prezidentinə çatdırılıb. Bayden bu məktubda onu da qeyd edir ki, Karpendera bir sıra məsələlərlə bağlı tapşırıqlar verilib. Və həmin məsələlər ətrafında da Azərbaycan prezidentinin mövqeyini Karpenera çatdırmasını xahiş edib”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə ABŞ prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə məktubunun xarakterini təhlil edərkən bildirib.

 

Deputat qeyd edib ki, sözügedən məktub indiki dönəmdə xüsusi diqqətçəkici məqamlarla gündəmdədir. O, məktubdakı bəzi detallara diqqət çəkib:

 

“İlk növbədə görünən budur ki, Bayden COP 29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində maraqlı olduqlarını bir daha diqqətə çatdırıb. Amma yenə də məktubun mətnində təəssüflər olsun ki, bizi qane etməyən bir sıra başqa məqamlar da yer alıb. Amerika prezidenti məktubda belə bir fikir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında bağlana biləcək sülh sazişi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsiynən yanaşı, regionda sülhə, sabitliyə xidmət edəcək. Əvvəla onu qeyd eləmək lazımdır və Amerika prezidenti də onun fərqində olmalıdır ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu bərpa prosesi Azərbaycanın öz gücü hesabına əldə edilibdir. Baxmayaraq ki, ABŞ da ATƏT-in həmsədrlərindən biri olaraq vasitəçi kimi missiyasını həyata keçirməli idi, illər ərzində bu, lazımi səviyyədə həyata keçirilməyib. Əksinə, Azərbaycana qarşı təzyiqlər, Azərbaycanın mövcud reallıqla barışması istiqamətində Minsk Qrupu fəaliyyət göstərib. Həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələri də Azərbaycanın öz gücü hesabına reallaşdırılıb. ATƏT-in, həmçinin Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı bir sıra qətnamələri də yalnız Azərbaycanın öz gücünə aradan qaldırılıb. Ərazi bütövlüyü və suverenliyi Azərbaycanın özü tərəfindən artıq həll olunubdur. Və konkret olaraq bu məsələdə Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin Azərbaycan üçün elə də ciddi əhəmiyyəti yoxdur”.

 

Amerika prezidentinin məktubda sülh sazişinin razılaşdırılmamış bəndləri ilə bağlı hər iki tərəfin kreativlik və güzəşt nümayiş etdirməsi fikrinə də diqqət çəkən A.Əlizadə bildirib ki, Azərbaycan tərəfinin Ermənistana bu illər ərzində kifayət qədər güzəştləri olub. Deputat vurğulayıb ki, hər dəfə danışıqlar yolu ilə məsələnin həll olunmasına çağırışlar elə Azərbaycan tərəfinin güzəşti hesab edilməlidir:

 

“Onu da bilməmiş deyillər ki, sülh sazişi ilə bağlı ilk təşəbbüs də Azərbaycandan gəlib, Azərbaycan beynəlxalq hüququn əsas normal prinsiplərini özündə ehtiva edən 5 baza prinsipi ilə sülh sazişinin bağlanması ilə bağlı qarşı tərəfə müraciət edib. 30 il ərzində Azərbaycanın ərazilərini işğalda saxlayan və xarabazara çevirən, Azərbaycana milyardlarla dollar həcmində ziyan vuran və illərlə şəhid verməyimizə səbəb olan bir tərəfə hansı güzəştdən söhbət gedə bilər ki, ABŞ hər iki tərəfə güzəştə getməyi və konstruktivlik nümayiş etdirməyi tövsiyyə edir. Bu baxımdan heç bir halda Azərbaycana yönəlik bu cür güzəşt təklifinə müsbət yanaşmıram. Yenə də bu, əvvəlki illərdə olduğu kimi, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşmaqdır, tərəzinin eyni gözünə qoymaqdır. Bu mövqe təbii ki, 30 ildən artıq müddət ərzində Azərbaycan torpaqları işğal altında olduğu dövrdə özünü doğrultmadı. Bunu da Amerika prezidenti diqqətə almalı idi”.

 

A.Əlizadə qeyd edib ki, istənilən halda tərəflər arasında sülh sazişinin bağlanması ümumilikdə sülhə və sabitliyə xidmət edəcək əsas faktordur ki, bunu da daha çox Ermənistan və onun arxasında duran havadarları, eləcə də regionda özünün maraqları olan ABŞ diqqətə almalıdır:

 

“Azərbaycan regionun əsas söz və güc sahibidir. Bundan sonrakı dönəmdə də Azərbaycanın haqlı tərəfləri beynəlxalq hüquqa söykənən tələbləri çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi fonunda yalnız sülh müqaviləsinin imzalanması mümkündür. Bura bir çox kompanentlər daxildir – Ermənistanın üzərinə götürdüyü öhtəliklərin yerinə yetirilməsi, Azərbaycana qarşı konstitsiyon müstəvidə ərazi iddialarından, eləcə də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkilməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək komunikasiya xətlərinin açılması, Azərbaycanın dörd kəndinin işğaldan azad edilməsi və sair məsələləri özündə ehtiva edən bir razılaşma olmalıdır ki, bu məsələlərdə də qarşı tərəf bir konstruktivlik nümayiş etdirməlidir. Yalnız Ermənistandan bu konstruktivlik gözlənilməlidir. Qeyd etdiyim kimi, Azərbaycan onsuz da illər ərzində kifayət qədər güzəştə gedib, Azərbaycan qalib tərəfdir, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa tam olaraq əsaslanan mövqedir. Heç bir halda bu məsələdə Azərbaycanla Ermənistana eyni müstəvidən hansısa fikri təqlin etmək qəbuledilən deyil”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək