Bu, xəstəlikdirsə, müalicəsi mümkündürmü?

17:00 05-03-2022 | icon 579 | Sağlamlıq
Bu, xəstəlikdirsə, müalicəsi mümkündürmü?

Nərminə Abbasova: “Yaşlanmaya da qalib gələ bilərik”

 

Biz həyatımıza təsir edən xəstəliklər barədə daha çox öyrəndikcə, onlara nəzarəti də artıra bilirik. Bəs görəsən nə vaxtsa yaşlanmanın qarşısını almaq bizə nəsib olacaqmı?

 

Mövzu ilə bağlı ailə həkimimiz, MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA ilə həmsöhbət olduq. Söhbət zamanı həkim maraqlı nüanslara toxunub.

 

Nərminə xanım insanın məğlub edə bildiyi xəstəliklərə diqqət çəkdi. Bildirdi ki, poliomelit, yatalaq, qızılca, tetanus, qara qızdırma, çiçək xəstəliyi, difteriya və suçiçəyi dünyanın bir çox yerlərində demək olar ki, tamamilə aradan qalxıb. Onun sözlərinə görə, peyvənd və güclü dərmanlar təhlükəli bakteriya, parazit və viruslara qarşı mübarizəyə imkan yaradıb:

 

“Lakin tarix boyu insanlar yaşlanmadan xilas ola bilmirlər. Yaşlandıqca, bizim bədənimizdəki hüceyrələr fəaliyyətini dayandırır. Bəzən isə xərçəngə, ürək xəstəliklərinə, artrit və Alzheimer xəstəliklərinə səbəb olacaq şəkildə inkişaf edir.

Ümumiyyətlə, yaşlanma ilə bağlı xəstəliklər hər gün təxminən 100 000 ölümə səbəb olur. Bəzi araşdırmalara görə isə məsələyə yanaşmamız yanlışdır. Həmin araşdırmaçıların fikrincə, biz yaşlanmaya xəstəlik kimi baxmalıyıq və onun müalicəsi mümkündür”.

 

Təbii ki, hər bir insan üçün olduqca maraqlı sual yaranır ki, görəsən yaşlanmanın qarşısını almaq mümkündürmü. Bu ümid isə bioloji yaşlanmanın müalicə edilə biləcəyini iddia edən son tapıntılardan yaranır...

 

Nərminə xanım qeyd etdi ki, bioloji perspektivdən bədənimiz irsi və ətraf mühit faktorlarına uyğun olaraq fərqli şəkildə yaşlanır:

 

 

“DNT və hüceyrələrimizdə əmələ gələn kiçik xətalar toxumaların zədələnməsinə səbəb ola bilir. Bu dəyişikliklərin ölçüsü isə sağlam və xəstə yaşlılığı şərtləndirir. Dünyadakı bir sıra araşdırma mərkəzləri bioloji yaşlanmanın qarşısını almaq üçün müəyyən yollar tapıblar. Heyvanlar üzərində tədqiqatlar göstərir ki, bəzi canlıların ömrünü dramatik şəkildə uzatmaq mümkündür. Bu isə insanları ümidləndirir”.

 

Nərminə xanım əldə etdiyi məlumatlara əsaslanaraq, maraqlı bir nüansa da diqqət çəkdi. Bildirdi ki, Calico Labs araşdırma şirkətində yaşlanma araşdırmaları üzrə vitse prezident olan Cynthia Kenyon 1990-cı illərin əvvəllərində nümayiş etdirib ki, askarid qurdlarının genetik kodunda bir dəyişikliklə onların ömrünü üç həftədən altı həftəyə uzatmaq mümkündür:

 

 

“İnsan ömrünün araşdırılması üzrə tanınmış şəxslərdən biri olan Aubrey De Grey insan ömrünün də bu şəkildə uzadıla biləcəyini deyib. O bildirib ki, məqsədi orta və daha yaşlı insanlar üçün elə müalicə yaratmaqdır ki, onlar fiziki və əqli cəhətdən 30 yaşdan az insanlar kimi olsunlar. Əlbəttə ki, onların yaddaşını silmədən...

De Grey 30 və 70 yaş arasında baş verən və istəmədiyimiz dəyişiklikləri düzəltməyə çalışdıqlarını deyib. İddia edir ki, yaşlanma və yaşlanma ilə əlaqəli xəstəliklərə səbəb olan yeddi bioloji faktor mövcuddur. Bura toxumadakı hüceyrələrin yetərincə tez yenilənə bilməməsi, hüceyrələrin xərçəngdə olduğu kimi nəzarətsiz çoxalması, ölməli olduğu halda hüceyrələrin ölməməsi (daha bir xərçəng problemi), mitoxondriya, hüceyrədə tullantıların yığılması, hüceyrələrin kənarında tullantıların yığılması və hüceyrələrin kənarındakı şəbəkə strukturun bərkiməsi daxildir.

De Grey bildirir ki, onlar bu problemlərdən hər biri ilə mübarizə yollarını aşkar ediblər. O, deyir ki, birinci problemin, yəni çox az hüceyrəyə malik olmağın həlli hüceyrələrin müalicəsindən keçir. Bu, toxumalarda yaşlanma zamanı ölmüş hüceyrələri yeni və gənc hüceyrələrlə əvəzləyir. Digər problemlər isə məsələn, ölməli olduğu halda hüceyrələrin ölməməsi üçün daha mürəkkəb həll yolu tələb olunur. De Grey düşünmür ki, yaşlanmanın qarşısını bu yollarla tamamilə almaq mümkün olsun. Lakin beləcə xəstələrin ömrünü təxminən 30 il uzatmaq mümkün ola bilər. Onun təsəvvür etdiyi gələcəkdə "cavanlaşma texnologiyaları" yaşlı insanlara tətbiq edilməklə, onların hüceyrələrini gənclik illərində olduğu hala gətirmək mümkün olacaq. Bütün ideya ondan ibarətdir ki, 60 yaşında müalicə olunan şəxs bioloji olaraq 30 yaşında insana çevriləcək. Lakin müalicələr problemi daimi həll etmədiyi üçün hüceyrələr 30 ildən sonra yenidən 60 yaşına çatacaq. Buna qədər isə De Grey ümid edir ki, yeni müalicələrlə eyni prosesi təkrarlamaq mümkün olsun.

Lakin belə iddialara gələndə, diqqətli olmaq da lazımdır. Çünki bədənimizin bu cür yenilənməsinə dair heç bir təcrübi sübut mövcud deyil. Kompüterlərdə olduğu kimi, həddən çox yeniləmələr sayəsində bədənimiz dayana bilər. Lakin De Grey hesab edir ki, bu cür yanaşmalar yaşlanmaya qarşı texnologiyaların inkişafına mane olur. O deyir ki, biz yaşlanmanı qarşısıalınmaz proses kimi qəbul edirik və onun yaratdığı problemlərə mane olmağın mümkünsüz olduğunu düşünürük".

 

Nərminə xanım vurğulayıb ki, De Grey yaşlanma ilə bağlı xəstəliklərin sağalmasının mümkün olduğuna inanan yeganə insan deyil:

 

"Məsələn, Harvard Tibb Məktəbində genetik kimi çalışan George Church yaşlanma ilə bağlı xəstəliklərin mürəkkəb olduğu üçün müalicə oluna bilinməyəcəyi fikri ilə razı olmadığını bildirib. O deyib ki, ətraf mühit və genetikaya nəzarət edə bilsəniz insanların daha uzun və sağlam həyatına nail olmaq mümüknüdür".

 

Həkim terapevt deyir ki, ümumiyyətlə insan daim axtarışdadır. Daim düşünür ki, görəsən qocalığın, yaşlanmanın qarşısını almaq, yaxud ən azından ləngitmək mümkün ola bilərmi:

 

"Biz həkimik, bəzən yaşlı xəstəni müayinə edən zaman ona təsəlli üçün deyirik ki, narahat olmayın, xəstəliyiniz yaşla bağlıdır. O isə sual edir ki, bəs qocalığın müalicəsi yoxdur? Təbii ki, bu bir zarafat dialoqu kimi olur. Amma tibb elmi inkişaf etməkdə davam edir, kim bilir, bəlkə bir gün yaşlanmanın da müalicəsi tapılacaq.

İndiki vəziyyətdə isə onu deyə bilərəm ki, uzunömürlülüyün açarı hər gün istifadə edilən kalorilərin miqdarının azaldılmasında, ən azından ildə bir dəfə müayinələrdən keçməkdədir. Çünki vaxtında aşkar edilən xəstəliyin müalicəsi müsbət nəticə verir.

Son iki əsrdə tibbin inkişafı onu göstərib ki, biz xəstəlikləri məğlub etmək gücündəyik. Bəlkə də biz beləcə yaşlanmaya da qalib gələ bilərik”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova yaşlanma ilə bağlı maraqlı fikirlər səsləndirdi, alimlərin bu yöndə araşdırmalarından nümunələr göstərdi. Bildirdi ki, hər bir halda hər bir insan öz sağlamlığı naminə 6 aydan bir, ən azından 1 ildən bir həkim müayinəsindən keçməlidir. Bunun üçün arzulayan hər kəs MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə gələ bilər. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Polisdən Abşeronda ƏMƏLİYYAT

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?

Sahibkarların NƏZƏRİNƏ

Beyləqanda dörd narkotacir ələ keçdi

Estoniya parlamentində QALMAQAL

Ukraynada vəziyyət...

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar

Yeni ixtisaslarla bağlı MEYARLAR