Ukraynadan gələn məktəblilərin Azərbaycanda tədrisi - AÇIQLAMA

13:43 14-03-2022 | icon 472 | Təhsil
Ukraynadan gələn məktəblilərin Azərbaycanda tədrisi - AÇIQLAMA

Təhsil Nazirliyi Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının məktəb yaşlı övladlarının tədrisə cəlb olunması məsələsinə aydınlıq gətirib.

 

Qurumdan Versus.Az bildirilib ki, xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata keçirilir:

 

“Övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir”.

 

Qeyd edilib ki, yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinif müəyyənləşdirilir:

 

“Şagirdin təhsil sənədləri olmadıqda, yaxud təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I – XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinif müəyyənləşdirilir”.

 

Qeyd edək ki, Ukraynadan mövcud vəziyyətlə əlaqədar təxliyə olunan vətəndaşlarımızın məktəbli övladlarının Azərbaycanda təhsilə cəlb olunması barədə məlumat yayılmışdı. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...