Səkkiz ölkənin 22 universitetindən qəbul qazanan qız DANIŞDI
"Dövlət Proqramı açılanda o universitetə müraciət edəcəm"
Bakı Dövlət Universitetinin tələbəsi diplom almadan dünyanın səkkiz ölkəsinin 22 universitetindən qəbul alıb.
Versus.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Aysu İsmayılova bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə 542 bal ilə BDU-ya daxil olub:
“Hazırda 4-cü kursda təhsil alıram. Universitetlərə müraciət etmək üçün hazırlaşmağa, IELTS imtahanı verməyə və sənədləri yığmağa 3-cü kursdan başlamışam, amma 4-cü kursda, oktyabr ayından başlayaraq universitetlərə sənəd göndərməyə başladım. Bəzi universitetlər iki raunddan ibarət idi və ikinci raundda müsahibə var idi. Təxmini yanvar aylarından müsahibələr başladı”.
Tələbə deyir ki, dünya reytinqində 7 və 8-ci yerlərdə olan Imperial College London və University College London daxil olmaqla, səkkiz ölkənin (İngiltərə, İsveç, Danimarka, Finlandiya tam təqaüdlə, Almaniya, Çexiya, Niderland, İrlandiya) ümumilikdə 22 universitetindən qəbul alıb:
“Tam təqaüdü yalnız Finlandiya verib. İngiltərədən, Almaniyadan 50% və 75% təhsil xərclərini qarşılayan təqaüdlər də qazanmışam. Qalanlarından universitetdən qəbul almışam və təqaüdə müraciət etmişəm.
Onların cavabları hələ çıxmayıb. Mən Imperial College London universitetində süni intellekt üzrə təhsil almaq istəyərəm. Dövlət Proqramı açılanda o universitetə müraciət edəcəyəm”. /oxu.az/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"