Müəllimdən JEST

13:52 19-04-2022 | icon 418 | Təhsil
Müəllimdən JEST

Uçqun olan məktəbin şagirdlərinə evində dərs keçdi

 

Cəlilabadda müəllim öz evini məktəbə çevirib.

 

Versus.Az xəbər verir ki, rayonun Musalı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aidə Quliyeva iki sinfin şagirdlərinin tədrisi üçün öz evində şərait yaradıb.

 

Buna səbəb isə bir müddət əvvəl yağan güclü qarın onsuz da qəzalı vəziyyətdə olan rayonun Musalı kənd tam orta məktəbinin inzibati binasının bir hissəsini uçurması olub. Tamamilə yararsız hala düşən məktəbdə tədrisin həyata keçirilməsi mümkün olmadığından şagirdlər qonşu Zəhmətabad kəndinin məktəbinə köçürülmüşdü.

 

Zəhmətabad kənd orta məktəbində isə yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində, ibtidai sinif müəlliminin evində təşkil edilib.

 

Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb:

 

“19 mart 2022-ci il tarixində yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixindən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Lakin həmin məktəbdə yer çatışmazlığı olduğundan iki sinfin şagirdlərinin təhsilini davam etmələri Musalı kənd orta məktəbinin ibtidai sinif müəlliminin evində şərait yaradılıb”.

 

Təhsil şöbəsindən verilən məlumata görə, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib:

 

“Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 1 noyabr 2021-ci il tarixindən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər”. /report/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...