Qazaxıstanın “Eskort ağalar”I “Park Cinema”da


“Park Cinema” kinoteatrlar şəbəkəsində Qazaxıstan istehsalı olan komediya nümayiş etdiriləcək.
Versus.Az xəbər verir ki, bu, rejissor Darxan Sarkenovin çəkdiyi “Eskort Ağalar” filmidir.
Baş rollarda Rustem Janyamanov, Yerlan Primbetov və Oljas Alıjanov çəkilib.
İki dostun - sadə elektrik ustaları Alpamış və Aydarın həyatı kriminal dairələrlə atışmadan sonra kəskin şəkildə dəyişir. Başqa çarələri olmadığından zəng edən adamdan kömək istəyirlər. Ancaq onları qarşıda nə gözlədiyini bilmirdilər.
Qeyd edək ki, Darxan Sarkenov ən məşhur qazax rejissorlarından biridir. 2020-ci ildə onun nəinki vətənində, həm də Rusiya və Ukraynada yaxşı rəylər qazanan “Kirayəçilər” filmi işıq üzü gördü. O, həmçinin “Sinif yoldaşları” və “Biznesmen Kanat” serialının müəllifidir.
“Eskort Ağalar” filminə aprelin 21-dən etibarən “Park Cinema” kinoteatrlar şəbəkəsində baxa bilərsiz.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti

Dünyanın seysmoloji MƏNZƏRƏSİ
Harada güclü zəlzələ olur, harada heç olmur...