Məktəblini saytda SATIŞA ÇIXARDILAR
Rusiyanın Buryatiya Respublikasının Ulan-Ude şəhərində yeniyetmə “satışa” çıxarılıb.
Bu barədə məlumat ödənişsiz elanlar saytında yerləşdirilib.
Foto satışların həyata keçirildiyi saytın “heyvanlar” bölməsində dərc olunub.
Görünür bununla məktəblilər öz sinif yoldaşları ilə zarafat etmək qərarına gəliblər.
Elan yerləşdirən şəxs parta arxasında oturan məktəblinin şəklinin təsvirinə “Tamir” adını qoyub, eyni zamanda onun “cins”ini də göstərib.
Qeyd olunur ki, reklamın müəllifi satış saytında martın əvvəlində qeydiyyatdan keçib.
Sayt administratorları artıq elanı siliblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"