"Cənab Prezidentin qeyd elədiyi kimi bu ermənilərə axırıncı şansdır"-AÇIQLAMA

11:03 23-04-2022 | icon 806 | Gündəm
"Cənab Prezidentin qeyd elədiyi kimi bu ermənilərə axırıncı şansdır"-AÇIQLAMA

 

 

“Dünya Azərbaycanlılarının 5-ci Zəfər Qurultayının Şuşada keçirilməsi qürurvericidir. Bundan əvvəl  keçirilən qurultaylar zamanı torpaqlarımız işğal altında idi.

Biz bu dəfə tamamilə başqa bir ab-havadayıq. Artıq qalib xalqın nümayəndəsi kimi qurultaya qatılmışıq. Əhval – ruhiyyə çox yüksəkdir”.

 

 

Versus.az xəbər verir ki, bunu hazırda Şuşa Qurutayında iştirak edən Azəri- Yeni Zellandiya Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Qalib Mahmudov Şuşa Zəfərindən danışarkən bildirib.

 

 

Qurultayla bağlı yüksək təəssüratlara malik olduğunu deyən Q.Mahmudov ölkə rəhbərinin çıxışlarına diqqət çəkib.

 

“Biz hər dəfə qurultaylara toplaşanda ölkə rəhbərinin bizə veridiyi tövsiyyələr, göstərişlər  əsasında işimizi daha dolğun, fəal şəkildə qurmağa çalışırıq. Ayrı-ayrı ölkələrdən olan diaspor təşkilatları ilə işlərimizi koordinasiya eləməyə çalışmışıq. Əvvəlki qurultaylarda bizim fəliyyətimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, torpaqlarımızın işğal altında olduğunu səsləndirmək, torpaqlarımız sülh yolu ilə alınmasa, silah gücü ilə alınacağı halda bizə qarşı mənfi rəyin  yaranmaması üçün təbliğat aparmalıydıq. Çünki  insanlar həqiqəti bilmirlər, çox yerdə erməni diasporasının fəaliyyəti bizdən 10 illərlə əvvəl başladığından  onlar artıq öz informasiyalarını  tanıtdırmışdılar, yaymışdılar”.

 

Azərbaycan diaspora fəaliyyətinin 90-cı illərin sonu, 2000-ci illərin əvvəlindən başladığını qeyd edən Q.Mahmudov, bu dövrə qədər  ermənilərin artıq öz işlərini  gördüklərini, öz yalanlarını yaydıqlarını qeyd edib.

“Biz sülh, ya da döyüşlə toraqlarımızın azad ediləcəyi günü gözləyirdik. Şükür ki, başda cənab Prezident olmaqla Qəhrəman Azərbaycan ordusu torpaqlarımızı azad etdi. Artıq biz post-müharibə dövründəyik.” 

Q.Mahmudov bildirib ki, tam sülh olmasa da, indiki fəaliyyətləri başqa istiqamətdədir.

 

“Biz müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda erməni vandalizminin erməni faşizminin törətdiyi dağıntıları, vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Digər tərəfdən biz göstərməliyik ki, sülhpərvər xalqıq. Bizə ermənilərin bu qədər yaşatdığı əzablara baxmayaraq, biz yenə də sülh istəyirik, inkişaf istəyirik, kommunikasiyaların açılması, sərhədlərin açılmasını istəyirik. Cənab Prezidentin qeyd elədiyi kimi bu ermənilərə axırıncı şansdır. Biz bu mesajları çatdırmalıyıq”.

 

Yeni Zellandiyadan olan qurultay nümayəndəsi bildirib ki, fəaliyyətləri daim xaricdə olan erməni diasporaları tərəfindən izlənilir.

 

“Ermənistanın özünə qalsaydı, onlar heç vaxt müharibə eliyə bilməzdi, eləsəydilər də günahkar çıxacaqdılar.  Məhz diasporanın fəaliyyəti idi ki, onlar 30 il müddətində cəzasız olaraq torpaqlarımızı işğal altında saxladılar. Bəli, bəzi dövlətlər də var idi ki, Azərbaycanı təzyiq altında saxlamaq niyyətində olublar və  o planla  hərkət ediblər. Ancaq cənab prezidentin uzaqgörən siyasəti nəticəsində biz bu  müharibəni aparıb, torpaqları azad edə bildik”.

Q.Mahmudov hesab edir ki, biz indi bu mesajları yaşadıqları yerlərdə insanlara çatdırmalıdırlar.

 

“Bu günə qədər ermənilər çox şanslarını əllərindən veriblər. Müharibə başlaynda  Prezidentimiz dəfələrlə deyirdi ki, bizə vaxt deyin, nə zaman torpaqlardan çıxacaqsız biz də atəşi saxlayaq. Ermənilər uduzuna qədər bunu eləmədilər. Bu onların axırıncı  şanalarıdır: Sülhə gəlsinlər , ərazi bütövlüyümüzü tanısınlar, sərhədləri açsınlar”.

 

Q.Mahmudov hesab edir ki, qeyd etdiyi məqamlar da daxil olmaqla, xaricdə olan diaspor təşkilatları ilə birgə işin aparılması çox önəmlidir.

“44 günlük müharibə dövründə biz orda qəzetlərdə məqalələr çap elətdirdik. Orada ermənilərin aqressor olduğunu göstərirdik. Bir faktı qeyd edim ki, Yeni Zellandiyada erməni diasporası zəif olduğuna görə Avstraliyada olan erməni diasporu bunların adından çıxış edirdi.  Avstraliyadan olan erməni diasporaları işə qarışıb bizim səsimizi aşağı salmaq  istəyirdilər. Amma səyləri alınmadı, biz sözümüzü dedik. Yəni ermənilər bir-birinə yardım edirlər. Bizim təşkilatlar da bir-birinə yardım etməlidirlər. Hardakı erməni diasporaları çoxdur biz orda olan diasporalarımıza yardım eləməliyik. Elə etməliyik ki, səsləri eşidilsin. Çünki sayları az olanda səsləri eşidilmir”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ