"Prezidentin tapşırıqları diaspor üzvləri üçün bir nizamnamədir"

11:48 23-04-2022 | icon 732 | Gündəm
"Prezidentin tapşırıqları diaspor üzvləri üçün bir nizamnamədir"

 

Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı bütün dünyanın nəzərlərini ölkəmizə dikib. Bu gün ölkəmiz Şuşadan yeni güc, yeni həmrəylik və sülh mesajlarını verməkdədir. Şuşa Zirvəsinin əhəmiyyəti nədir və bizə nələri vəd edir? 

 

Versus.az xəbər verir ki, Çin Sosial Elmlər Akademiyasının Pekin Xarici Dillər Universitetinin, Asiya-Afrika fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri professoru Aqşin Əliyev açıqlamasında Şuşa Zirvəsini -Qurultayın işini çox yüksək qiymətləndirib. Çindən gələn qurultay nümayəndəsi tədbirin çox yaxşı təşkil olunduğunu deyib. Qurultayın əhəmiyyətinə toxunan A. Əliyev ilk növbədə cənab Prezidentin çıxışına diqqət çəkib.

 

“Prezident çıxışı zamanı hər bir diaspor üzvünün qarşısına yeni vəzifələr qoydu. Prezidentin  qoyduğu tapşırıqlar diaspor üzvləri üçün bir nizamnamədir. Növbəti illərdə onları bir – bir həyata keçirməyə nail olmalıyıq. Elə etməliyik ki, artıq  VI qurultaya daha böyük nəticələrlə qatıla bilək”.

Qurultayda 65 ölkədən 400-ə yaxın diaspor üzvünün iştirakını yüksək dəyərləndirən A.Əliyev hesab edir ki, bu, dünya azərbaycanlıları üçün çox gözəl şəbəkələşmə imkanı yaradır.

 

“Mən demək olar ki, bütün diaspor tədbirlərində iştirak edirəm, amma bu, miqyasına görə iştirak etdiyim ən böyük diaspor tədbiridir.  Mən burda müxtəlif ölkələrdən həmvətənlərimizlə tanış oldum və bir -birimizlə təcrübələrimizi bölüşdük. Düşünürəm ki, bu gələcəkdə  şəbəkələşmək üçün geniş imkanlar yaradacaq”.

  

A.Əliyev bildirib kİ, Qurultayın digər əhəmiyyətli tərəfi onun simvolik karakter daşımasıdır.

 

“İlk dəfə olaraq işğaldan azad olunmuş ərazimizdə xüsusilə Mədəniyyət xəzinəmizin incisi olan Şuşa şəhərində təşkil olunması əlahiddə xarakter daşıyır. Və Diasporla İş üzrə Komitənin xətti ilə ötən il Şuşaya bir dəfə səfər etmişəm. Bu ikinci səfərdir. İstərdim ki, belə səfərlər yüzlərlə olsun. Elə bir imkan yaransın ki, mən bu şəhərə tez-tez gəlim. İnsan Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına və digər işğaldan azad olunmuş şəhərlərə gəldikcə, insanın vətənpərvərlik hissi  1-ə 100 artır. Ola bilsin ki, bunu sözlə ifadə etmək çətindir. Hələlik ki, qurultay davam edir. Düşümürəm ki, Qurultayı daha böyük təəssüratlar, daha böyük planlarla, gələcək layihələrlə tərk edəcəyik”. (hafta.az)

Tahirə Qafarlı

 Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ