“Liverpul” turnirin sensasiyalı komandasına qarşı

14:50 27-04-2022 | icon 590 | İdman
“Liverpul” turnirin sensasiyalı komandasına qarşı

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək.

 

Versus.Az xəbər verir ki, “Liverpul” öz evində 1/8 finalda “Yuventus”, 1/4 finalda “Bayern”i turnirdən kənarlaşdırmış İspaniyanın “Vilyareal” klubunu qəbul edəcək.

 

Tərəflər 2016-cı ildə Avropa Liqasının yarımfinalında da üz-üzə gəliblər. O vaxt İspaniyada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlsələr də, “Enfild Roud”dakı qarşılaşmada “Liverpul” 3:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Liverpul”un həmin heyətindən Roberto Firmino və Ceyms Milner yenə komandadadırlar.

 

UEFA Çempionlar Liqası

 

1/2 final (ilk oyun)

 

28 aprel

 

23:00 “Liverpul” (İngiltərə) – “Vilyareal” (İspaniya)

 

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

Liverpul. “Enfild” stadionu

 

Oynamayacaqlar: Alberto Moreno, Yeremi Pino (hər ikisi “Vilyareal”)

 

Oynaması sual altında olanlar: Roberto Firmino (“Liverpul”), Jerar Moreno (“Vilyareal”)

 

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real” klubu İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək