Yazda bel ağrılarının 2 ƏSAS SƏBƏBİ

02:45 16-05-2022 | icon 538 | Sağlamlıq
Yazda bel ağrılarının 2 ƏSAS SƏBƏBİ

Yazda çox insanlar bel, əzələ, sinir ağrılarından şikayətlənir. Rusiyalı manual-terapevt Andrey Kabıçkin bunun məşhur səbəblərini açıqlayıb.

 
 
“İldırımvari, sanki atəş atır kimi bel və döş qəfəsi nahiyəsində ağrılar yazda daha çox qışdan qalma və hava dəyişikliyi ilə bağlı onurğa ətrafında əzələ iltihabı ilə bağlıdır.
 
 
Yazda hava qeyri-stabil keçir, hava qəfil soyuyur. İnsanlar qış geyimindən çıxır.
 
 
Qışdan çıxan zəif əzələ sistemi soyuğa qarşı həssas olur. Bu zaman reflektor olaraq yığır, spazmlar ağrı verir. Əzələlər bərkiyir. Bu ağrıları insanlar hətta ürək, onurğa yırtığı ilə səhv salır.
 
 
Hava dəyişəndə əzələlər arası ödem baş verir. Kürəyi beli tərləyən insanlarda belə iltihab xroniki olur. Ona görə istər qadın, istər kişi bel əzələlərini geyimin altından pambıq mayka ilə qorumalıdır.
 
 
Digər ikinci səbəb aqrofitnes dediyimiz haldır. Yazda insanlar aktivləşir, bağda, dağda gəzir, torpaqda işləyir, müxtəlif kəskin hərəkətlər edirlər.
 
 
Bu da qışda hərəkətsizlikdən sükuta dalmış ostexondroz, yırtıq, radikulit və s. xroniki xəstəlikləri aktivləşdirir.
 
 
Ağrı bir siqnaldır, özü keçəcəyini gözləməyin. Şişkinliyi, ağrını iltihab əleyhinə mazlar, plastırlar, anestetik dərmanlar kəsir. Əgər vaxtında müalicə etsəz 3 günə keçir, etməsəz 1-2 həftə uzanır. İltihablı və ödemli əzələni soyuğa vermək, idman etmək, ağır fiziki iş görmək olmaz.
 
 
Ağrılara dözüb, heç bir tədbir görməmək onları daimi və xroniki edir. Əgər ağrı 2 həftədən çox çəkirsə və heç bir tədbirlə azalmırsa, o zaman həkimə müraciət mütləqdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

"COP29 müddətində Bakı metrosu necə işləyəcək?

"3+3" formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

 

Milli Məclis Prezidenti və Vitse-prezidenti təbrik edib

Ruben Vardanyan barədə QƏRAR

Bələdiyyələrlə bağlı qanun layihəsi...

COP29 müddətində hər hansı məhdudiyyət
OLMAYACAQ

Azərbaycan xalqı İlham Əliyevin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyir"

"COP-29 öncəsi Azərbaycana qarşı düşmən qüvvələr daha da fəallaşıblar”

"Onun adını tarixdə yaşatmalıyıq"

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək