“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

15:45 24-05-2023 | icon 839 | Siyasət
“Həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan ordumuz var”

Arzu Nağıyev: “Geosiyasi vəziyyətə əsasən ordumuzun daim hazırlıqlı, müasir texnikalarla təhciz olunması zəruridir”

 

“Azərbaycan Ordusunun MDB və digər böyük orduların içərisində 56-cı yerdə olması çox mühüm bir məsələdir. Bu, Azərbaycanın həqiqətən güclü orduya malik olmasına bir işarədir və bu faktor özünü 44 günlük müharibədə də təsdiq edib”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev ABŞ-ın “Global Firepower” saytının hazırladığı 2023-cü ildə ən yüksək hərbi gücə malik ölkələrin siyahısında Azərbaycan Ordusunun 56-cı yerdə göstərilməsi ilə bağlı açıqlamasında bildirib.

 

A.Nağıyev qeyd edib ki, artıq 18 ilə yaxındır ki, “Global Firepower” təşkilatı dünyanın 145 ordusu  haqqında çox ciddi məlumatlar toplayır. Onun fikrincə, orduların gücü tək hərbi təhcizatın, canlı heyətin say çoxluğu  ilə ölçülmür. Deputat “Global Firepower”-in hazırladığı ötənilki siyahı ilə müqayisədə bu il Ukrayna ordusunu 7 pillə yuxarıda göstərilməsinə diqqət çəkib və bununla da ordunun reytinqinin qalxmasında bir sıra faktorların təsir göstərdiyini vurğulayb. Eyni zamanda ən yüksək gücə malik orduların siyahısının tərtibində 60-a yaxın faktorun əsas götürüldüyünü qeyd edərək, burda - ordu sayı, texniki təhcizat, maliyyə dəstəyi, müasir texnologiyalardan istifadə edilməsi, texnoloji inkişaf, insan gücü, uzun müddət meydanda qalma və hərəkətlilik kimi xüsusiyyətlərin nəzərə alındığını bildirib.

 

A.Nağıyev məlum siyahının əsas beşliyinə düşən dövlətlərin ordularının xüsusiyyətlərinə diqqət çəkərək məsələyə müəyyən aydınlıq gətirib.  Bildirib ki, dünyanın 5 güclü ordusuna malik olan dövlətlərdən ən birincisi olan ABŞ, daha sonra ardıcıllıqla sıralanan Rusiya, Çin, Hindistan, Böyük Britaniyanın ilk 5-liyə düşməsinin öz səbəbləri var:

 

“Məsələn, ABŞ Ordusunda əsas güc hərbi hava qüvvələrindədir. Amerika Ordusunda əsgərlər çox ciddi şəkildə sığorta edilir. Burada Amerika əsgərinin tək öz ərazisində deyil, bir sıra digər ərazilərdə də vuruşan ordu olması da əsas götürülür. Çin ordusunda əsgəri qüvvənin sayı 2 milyon, hərbi hava qüvvələri sayca çox və güclü olsa da, onlar heç vaxt vuruşmayıb, hansısa döyüşlərdə iştirak etməyiblər. Eləcə də, Rusiya tək tankları ilə sayılır”.

 

Deputat bununla yanaşı qeyd edib ki, “Global Firepower -in versiyalarında xüsusi təyinatlılar və digər birliklərin gücün saymırlar.  Bununla belə Azərbaycanın 44 günlük müharibədə xüsusi təyinatlıların dünyada ən ciddi vuruşan ordu olduğunu təsdiq etdiyini vurğulayıb:

 

“Ordunun güclü olması tək sayla deyil, onun döyüşkənliyi, müasir texnologiyalardan istifadə etmə qabiliyyəti, ən önəmlisi isə milli kadrlarının olması ilə ölçülür. Bu gün Azərbaycan səhrada, quruda, suda, havada vuruşmağı bacaran ciddi ordusu olmaqla yanaşı, Türkiyə modelinə keçid etməklə komando briqadalarının yaradılması istiqamətində ciddi addımlar atıb. Məsələn, dünyanın ən güclü ordusuna malik olan ABŞ orduya birmənalı olaraq öz vətəndaşlarını cəlb edirsə, paralel olaraq daim ştatlarda yaşayan digər millətlərdən olan vətəndaşları da qəbul edir. Orduya qulluq elədiklərinə görə onlara  vətəndaşlıq verilir”.

 

Deputat Azərbaycan Ordusunun 100 ordu içərisində 56-cı sırada olmasına, həm də işğalçı Ermənistan ordusunun 94-cü yerdə dayanması, eləcə də yaxın coğrafiyada Litvanın 93, Latviyanın 95, Gürcüstanın 85, Türkmənistan 82, Qazaxıstanın 63, Özbəkistanın 62 və sair müqayisələr aparmaqla Ordumuzun regionda daha güclü orduya malik olduğuna dair mənzərəni daha aydın göstərmiş oldu:

 

“Deputat hesab edir ki, hər bir Azərbaycan vətəndaşı hiss eləməlidir ki, onu qoruyan, arxasında dayanan güclü ordusu var. Biz bu rəşadətli ordumuzla 44 günlük müharibədən sonra da fəxr edirik.

Peşəkar Orduya keçid ardıcıl və səmərəli  şəkildə aparılan hazırlıqlar tələb edir. Artıq müəyyən müddət keçdikdən sonra hiss olunur ki, müddətdən artıq xidmət keçənlər, rəsmi iş yeri olaraq Ordunu seçənlər getdikcə çoxalır. Artıq dünya standartlarına uyğun Azərbaycan ordusu yetişir. Ən mühüm məsələ odur ki, həm NATO, həm də dünyanın ən aparıcı standartlarına uyğun olan Azərbaycan Ordumuz var”.

 

A.Nağıyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində Müdafiə və Təhlükəsizlik üçün 5 milyard 320 milyondan artıq vəsaitin ayrılması faktını təsadüfi saymayıb. Onun sözlərinə görə, büdcədə müdafiə qüvvələri üçün ayrılan xərc 2 milyarddan çoxdur. Təhlükəsizlik üçün ayrılan vəsait isə 365 milyona yaxındır:

 

“İstər müdafiə və milli təhlükəszilik sahəsində, eləcə də tədqiqatların aparılması, xüsusi müdafiə təyinatlı layihələr və digər fəaliyətlərlə bağlı proseslər daim nəzarətdədir və ən ciddi xərc müdafiə və təhlükəsizlik istiqamətində aparılan xərcdir. Eyni zamanda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən İsrail, Rusiya, Türkiyə ilə silah alışı ilə bağlı əməkdaşlığı var. Təbii ki, geosiyasi vəziyyətə əsasən ordumuzun daim hazırlıqlı olması, müasir texnikalarla təchiz olunması zəruridir, labüddür”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF