Pandemiyadan öncə planlanan konsertdən xəbər var
Xalq artisti Miri Yusifin pandemiyadan öncə planladığı konserti baş tutacaq.
Versus.Az xəbər verir ki, sənətçi “SS production”ın təşkilatçılığı ilə 1,2,3 iyulda Yaşıl teatrda sevənlərinin qarşısına çıxacaq.
Canlı ifalar sərgiləyəcək müğənni səhnədə 3 saat qalmağı planlaşdırır. İfaçı tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edəcək. Tamaşaçıları səhnədə Miri Yusifin ulduz qonaqlarla duetləri də gözləyir.
Qeyd edək ki, Miri Yusifin 24 may 2020-ci il “Crystal Hall”da keçirilməli olan və pandemiyaya görə təxirə salınan konsertinə alınan bütün biletlər bu tarixlərdə keçərlidir.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"