Ay ərzində 800-dən çox ZƏHƏRLƏNMƏ
Doqquz nəfəri xilas etmək mümkün olmayıb
İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib.
Bu barədə Versus.Az-a Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
Məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıblar:
“Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, biri göbələkdən, beşi etil spirtindən, altısı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən biri anafilaksiya səbəbindən, yeddisi allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, birini isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, doqquzu uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən doqquzu (beşi kişi, dördü qadın) dünyasını dəyişib”.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"